Əli HƏSƏNOV: "Azərbaycan hökuməti parlament seçkilərində üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməyə hazırdır"

Azərbaycan hökuməti parlament seçkilərində üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməyə hazırdır.
Bunu jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirmişdir.
Ə.Həsənov demişdir ki, Azərbaycan hakimiyyəti seçki prosesində namizədlərə bərabər şərait yaradılması, KİV-lərdə seçki təbliğatına maksimum yer verilməsi, o cümlədən İctimai Televiziyada Seçki Məcəlləsinə müvafiq olaraq göstərilən vaxtdan daha səmərəli istifadə olunması, özəl televiziyalarda namizədlərə ödənişli əsaslarla vaxt ayrılması və azad seçki yarışı mühitinin formalaşmasına hazırdır. Azərbaycan hakimiyyəti Seçki Məcəlləsində və Mərkəzi Seçki Komissiyasının təlimatında nəzərdə tutulmuş seçki təbliğatı, təşviqatı, seçicilərlə görüş, namizədlərarası yarışın təşkil olunması və digər məsələlərlə bağlı üzərinə düşən bütün öhdəlikləri yerinə yetirəcəkdir.
Prezident Administrasiyasının şöbə müdiri builki seçkilərdə bütün namizədlərə bərabər şəraitin yaradılacağına əmin olduğunu demişdir. Bildirmişdir ki, bu dəfə də ölkədə azad, demokratik seçkilər keçiriləcəkdir. Seçicilər kimə səs verəcəklərsə, o da gələcək parlamentdə xalqı təmsil edəcəkdir.
Ə.Həsənov bildirmişdir ki, ATƏT-in Azərbaycanın seçki qanunvericiliyinə və təcrübəsinə uyğun gələn, demokratik seçkinin keçirilməsinə xidmət etən tövsiyələri nəzərə alınacaqdır.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında