"The Washington Times" qəzetində Azərbaycan haqqında məqalə dərc edilmişdir

Güclü, davamlı tərəfdaşlıq münasibətləri uzunmüddətli strateji maraqlar və qarşılıqlı anlaşma əsasında qurulur.
Bu barədə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanovun "The Washington Times" qəzetində dərc olunmuş məqaləsində bildirilmişdir.
Məqalədə deyilir: "ABŞ-ın Avrasiyadakı mühüm vəzifəsi də elə bundan ibarətdir: strateji və taktik məqsədlərə nail olunması üçün vaxt və öhdəliklər lazımdır".
Əvvəlcə Barak Obama administrasiyası Qafqazda əsas diqqəti Türkiyə-Ermənistan sərhədlərinin nəyin bahasına olursa-olsun açılmasına yönəltmişdi. Baş konsulun fikrincə, bu problemin həlli daha geniş strateji baxış çərçivəsində mümkündür.
Məqalənin müəllifi vurğulamışdır ki, ötən əsrin 90-cı illərində də belə olmuşdu. O zaman ABŞ mükəmməl tərəfdaşlıq münasibətləri qura və yenicə müstəqillik əldə etmiş ölkələrə beynəlxalq aləmdə özlərini tanıtmaqda kömək edə bilmişdi.
E.Süleymanov yazır: "ABŞ-ın müdafiə naziri Robert Qeytsin Prezident Barak Obamanın məktubunu Azərbaycana təqdim etməsi müsbət amil olmuşdur. Məktubda Amerika-Azərbaycan münasibətlərinin genişləndirilməsinin vacibliyi qeyd olunmuşdur".
Məqalədə baş konsul Azərbaycanda baş verən demokratik dəyişikliklərdən də söhbət açmışdır. O yazır: "Regionun bütün ölkələrində hələ çox iş görülməlidir, lakin əldə olunmuş nailiyyətləri də yaddan çıxarmaq olmaz. Azərbaycanda Neft Fondunun yaradılmasından tutmuş sürətlə inkişaf edən iqtisadiyyatadək dövlət quruculuğu prosesi ciddi şəkildə və transformasiya edən amil əsasında qurulmuşdur. İnstitusional islahatlar isə vaxt tələb edir".
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında