Azərbaycan Respublikasının Seçki Məcəlləsinin yeni variantı çapdan çıxmışdır

Azərbaycan Respublikasının Seçki Məcəlləsinin (SM) yeni variantı çapdan çıxmışdır.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən məlumat verilmişdir.
Məlumatda deyilir ki, Azərbaycan parlamenti tərəfindən edilən son əlavə və düzəlişlərin yer aldığı yeni Seçki Məcəlləsi Milli Məclisin mətbəəsində çap olunmuşdur.
Seçki Məcəlləsi MSK tərəfindən dairə seçki komissiyalarının (DSK) sədrlərinə paylanılmışdır. Hazırda SM-in DSK-lar vasitəsilə seçki məntəqələrinə çatdırılma prosesi həyata keçirilir.
Qeyd edək ki, bu il iyunun 18-də Milli Məclis Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər etmişdir. İyulun 14-də isə Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Qanunun tətbiq edilməsi barədə sərəncam imzalamışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında