Deputatlığa namizədin qeydiyyata alınması qaydaları sadələşdirilmişdir

Deputatlığa namizədin qeydiyyata alınması qaydaları sadələşdirilmişdir. Deputatlığa namizəd olmaq istəyən şəxs namizədliyinin qeydiyyata alınması üçün ərizə ilə dairə seçki komissiyalarına müraciət edə bilər.
Bunu jurnalistlərə müsahibəsində Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov demişdir. MSK sədri bildirmişdir ki, namizədin qeydiyyata alınması üçün şəxs ərizə ilə seçki dairəsinə müraciət etdikdən sonra dairədən ona imza toplamaq üçün 450 imza vərəqəsi verilir. Vərəqələri doğru-düzgün doldurduqdan sonra namizəd özü haqqında bir neçə məlumatı da komissiyaya təqdim edir. Namizəddən bundan artıq heç nə tələb olunmur. Ona görə də Azərbaycanda namizədlərin qeydiyyata alınması proseduru çox sadədir. Əgər qeydiyyatla və digər məsələlərlə bağlı namizədlə dairə seçki komissiyası arasında problem yaranarsa, MSK qanunun imkan verdiyi həddə namizədlərin xeyrinə qərar çıxarır. Bu mövqe builki seçkilərdə də nümayiş etdiriləcəkdir.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında