ABŞ-ın Azərbaycana səfirinin təsdiqlənməsini ləngitmək lazım deyildir

Vaşinqtonun "The Examiner" qəzeti avqustun 23-dəki nömrəsində ABŞ Senatının sabiq üzvü Konrad Börnsun "ABŞ-ın Azərbaycana səfirinin təsdiqlənməsini ləngitmək lazım deyil" başlıqlı məqaləsini dərc etmişdir. Müsəlman əhalili müttəfiq dövlətlərlə münasibətlərin vacibliyini vurğulayan K.Börns diqqətə çatdırır ki, Prezident Obamanın Bakıya səfir kimi irəli sürdüyü namizəd Mətyu Brayzə "yeganə məqsədləri Azərbaycanla bağlı hər bir şeyə etiraz etmək olan xüsusi maraq qruplarını" təmsil edən Konqres üzvlərinin müqavimətinə tuş gəlmişdir.
Konrad Börns xatırladır ki, Azərbaycan ABŞ-ın strateji tərəfdaşı olaraq 11 sentyabr hadisələrindən sonra Amerikaya dəstək verən ölkələrdən biridir. Bu dövlət qeyd-şərtsiz hava ərazisini koalisiya uçuşlarına açmış, terrora dəstək verməkdə şübhəli bilinən bank hesablarını dondurmuş, İraqa sülhməramlılar göndərmiş və bu günə qədər bölgədə ABŞ-ın səylərinə yardım etməkdədir. Konqres isə əksinə, Azərbaycanla münasibətləri çətinləşdirməkdə davam edir. Cənab Börns etiraf edir ki, Konqresdə yer alan qərəzli, dar düşüncəli debatlar ABŞ-ı arxaya çəkdiyi halda, Dövlət Departamenti və Azərbaycan Respublikası gələcəyə baxır.
Mətyu Brayzənin Azərbaycan ilə ABŞ-ın münasibətlərini möhkəmləndirmək üçün kifayət qədər təcrübə və iradəyə malik olduğunu bildirən Konrad Börns Senatın xarici əlaqələr komitəsinin hər bir üzvünün də bunu yaxşı bildiyini vurğulayır. O hesab edir ki, senatorlar xüsusi maraq qruplarının yedəyində arxaya baxmaqdansa, gələcəyə nəzər salmalı, Brayzə kimi güclü liderlərlə birgə irəliyə addım atmalı, ABŞ, Azərbaycanın və bütün Xəzər hövzəsinin ümumi maraqları istiqamətində çalışmalıdırlar.

{nl}

Şəfəq AKİFQIZI, AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında