Birləşmiş Ştatların Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişməzdir

Bu sözləri ABŞ Dövlət Departamentinin mətbuat katibi AzərTAc-ın xüsusi müxbirinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suallarına cavabında demişdir

Mayın 7-də ABŞ Dövlət Departamentində keçirilən  brifinqdə Cənubi Çin dənizində Vyetnam və Çin arasında ərazi münaqişələri, Çinə məxsus balıqçı gəmilərinin Filippinin ərazi sularında  yaxalanması, Suriyada vətəndaş müharibəsi, Ukraynada vəziyyət, Nigeriyada məktəbli qızların girov götürülməsi və s. ilə bağlı suallara cavab verilmişdir.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin “Beynəlxalq Sülh uğrunda Karnegi Fondu”nda çıxışında ABŞ-ın Ermənistan-Azərbaycan münaqişəsinə dair siyasəti barədə bəyanatını xatırladan AzərTAc-ın Birləşmiş Ştatlardakı xüsusi müxbiri Yusif Babanlı belə bir sualla müraciət etmişdir: Həmin çıxışa  ABŞ-ın münaqişənin həllinə dair səylərini fəallaşdırması səbəb olubmu və yaxın gələcəkdə Amerikadan yeni təkliflər gözləmək olarmı? AzərTAc-ın xüsusi müxbiri belə bir məsələni də vurğulayaraq demişdir: “Kaliforniya ştatı Assambleyasının Qaydalar Komitəsi mayın 5-də erməni lobbisinin təzyiqi ilə ABŞ hökumətini Dağlıq Qarabağdakı qanunsuz rejimi tanımağa çağıran qanun layihəsini bəyənmişdir və ştatın qanunverici məclisinin üzvləri  mayın 8-də qanun layihəsinin qəbul edilməsinə səs verəcəklər”. Bu məsələnin ştatın qanunvericiliyinin sərəncamında olmasına baxmayaraq, ABŞ hökuməti həmin sənəd barəsində hansı mövqedən çıxış edir və Dövlət Departamenti bu məsələ ilə bağlı Kaliforniya ştatı Assambleyasının rəhbərliyinə müraciət edəcəkmi?

ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki birinci suala cavab verərək  qeyd etmişdir ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Beynəlxalq Sülh uğrunda Karnegi Fondu”ndakı çıxışında Birləşmiş Ştatların siyasətini və münaqişənin sülh yolu ilə həllinin əsasını təşkil edəcək hamı tərəfindən qəbul olunmuş prinsipləri şərh etmişdir. Cen Psaki demişdir: “Hesab etmirəm ki, Ceyms Uorlikin bu çıxışı yeni təkliflərin ortaya çıxdığını təsdiq edir. Həmin çıxışda bizim daimi mövqeyimiz yenidən səslənmiş və bu prosesə sadiqliyimiz ifadə olunmuşdur”.

Kaliforniya ştatı Assambleyasının nəzərdən keçirdiyi qanun layihəsinə dair məsələ ilə tanış olmadığını bildirən Cen Psaki onu aydınlaşdıracağını vəd etmişdir.

 

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında