AŞPA-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı alt komitənin fəaliyyəti bərpa olunacaqdır

Ermənistan hakimiyyəti istəyir ki, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Dağlıq Qarabağ üzrə alt komitənin fəaliyyətinin bərpası məsələsi gündəlikdən çıxarılsın. Amma AŞPA bu məsələni Dağlıq Qarabağ münaqişəsi həll olunanadək gündəlikdən çıxarmayacaqdır.
Bu məlumatı Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov vermişdir.
S.Seyidov demişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni Avropa Şurası Parlament Assambleyasının bütün iclaslarında müzakirə edəcəyik. Ermənilər iddia edirlər ki, Dağlıq Qarabağ üzrə alt komitənin fəaliyyətini dayandırmaq lazımdır. Bu iddia təmin edilə bilməz. Çünki münaqişənin həllinə bütün nüfuzlu təşkilatların müdaxiləsi vacibdir. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi yalnız alt komitədə deyil, bütün AŞPA səviyyəsində müzakirə olunur. Bu istiqamətdə fəaliyyət bundan sonra da davam etdiriləcəkdir.
Komitə sədri işğalçı dövlətin mövqeyindən geri çəkilmək istəmədiyinə görə, AŞPA-da hansısa sanksiyalarla üzləşməsinin də mümkünlüyünü istisna etməmişdir. O demişdir ki, Ermənistan, təbii ki, AŞPA-da sanksiyalarla üzləşməlidir. Amma erməni lobbisinin də zəif olmadığını nəzərə almalıyıq. Erməni lobbisi zəif olsa belə, ona dəstək verən qüvvələr var və onlar AŞPA-da da mövcuddurlar.
Bizim əsas məqsədlərimizdən biri də məhz Ermənistana dəstək verən qüvvələri dünya ictimaiyyətinə tanıtmaq, onları neytrallaşdırmaq və bununla da həqiqəti bərpa etməkdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında