Azərbaycanın mövqeyinin ABŞ ictimaiyyətinə çatdırılması üçün ABŞ-Azərbaycan Konvensiyası mühüm platformadır

 

ABŞ-Azərbaycan Konvensiyası iki ölkə arasında münasibətlərin bütün sahələrdə - siyasi, iqtisadi, humanitar, təhlükəsizlik sahələrində müzakirəsi üçün gözəl bir imkandır. Bu tədbir Azərbaycan həqiqətlərinin, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyinin ABŞ-ın siyasi, ictimai, elmi dairələrinə çatdırılması üçün mötəbər platformadır.

Bütün tərəfdaşları ilə bərabər hüquqlar əsasında münasibətlər quran Azərbaycan Respublikası Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda Qərb ölkələri və şirkətləri ilə ən fəal əməkdaşlıq edən ölkədir. Azərbaycan enerji sahəsindən tutmuş beynəlxalq terrorizmlə mübarizəyə qarşı etibarlı tərəfdaş olduğunu sübut etmişdir. Bütün bunların qarşılığında isə biz Qərbdən, o cümlədən ABŞ-dan Azərbaycanın ədalətli mövqeyini müdafiə etməsini gözləyirik. Lakin təəssüf ki, bu, heç də hər zaman belə olmur. Bu gün Qərbin Krımla bağlı göstərdiyi birmənalı və sərt mövqeyini Dağlıq Qarabağ ilə bağlı müşahidə etməmişik. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması Qərbdə heç kəsi narahat etmir.

Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün olmasına biganə qalanlar, nədənsə, Türkiyə-Ermənistan sərhədlərinin bağlı qalmasından narahat olur və bu sərhədlərin açılması üçün əllərindən gələni edirlər, Dağlıq Qarabağda separatçılara maliyyə yardımı ayırırlar. Buna görə də bütün bu məsələlərlə bağlı Azərbaycanın mövqeyinin ABŞ ictimaiyyətinə çatdırılması üçün ABŞ-Azərbaycan Konvensiyası mühüm platformadır və tədbirin

2 günlük işində gündəlikdə dayanır.

Ərəstü HƏBİBBƏYLİ,

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin analitik informasiya sektorunun müdiri,

Yusif BABANLI,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında