Azərbaycan-İsrail münasibətlərinin möhkəmləndirilməsində parlamentlərarası əlaqələrin rolu böyükdür

 

 

Mayın 1-də Milli Məclisin sədri Oqtay Əsədov  Azərbaycanda səfərdə olan İsrail Dövlətinin xarici işlər naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyəti  ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov iki ölkə arasındakı əlaqələrdən danışmışdır. Parlamentin sədri bildirmişdir ki, ölkələrimiz arasında bütün istiqamətlərdə, xüsusilə iqtisadi və siyasi sahələrdə əlaqələr yüksələn xətlə inkişaf etməkdədir. O bildirmişdir ki, iki ölkə arasında 7 sənəd imzalanmışdır, 6 sənəd isə imzalanma ərəfəsindədir. Bu isə onu göstərir ki, ölkələrimiz arasında əməkdaşlığın hüquqi bazası ildən- ilə daha da güclənəcəkdir.

Məlumat verilmişdir ki, Azərbaycan ilə İsrail arasında 2013-cü ildə ticarət dövriyyəsi 1 milyard 300 min dollar təşkil etmişdir.

Oqtay  Əsədov gələcəkdə ticari əlaqələrin daha da genişlənəcəyinə inandığını vurğulayaraq Azərbaycan-İsrail Sənaye Ticarət Palatasının yaradılmasını bunun bariz nümunəsi kimi qiymətləndirmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan O.Əsədov Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə və bu münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində göstərdiyi səylərə görə İsrail tərəfinə təşəkkürünü bildirmişdir.

 

Aviqdor Liberman ölkələrimiz arasındakı əməkdaşlıqdan məmnunluqla söhbət açmış, gələcəkdə əlaqələrin genişləndirilməsi üçün  yaxşı imkanların olduğunu diqqətə çatdırmışdır.

Qonaq ikitərəfli münasibətlərin möhkəmləndirilməsində parlamentlərarası əlaqələrin oynadığı rolu xüsusi vurğulamışdır.

Görüşdə gələcək əməkdaşlıq imkanları, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında