Azərbaycan-Finlandiya parlamentlərarası əlaqələri müzakirə olunmuşdur

 

Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiri Adış Məmmədov eyni zamanda, Finlandiya Respublikasında səfir təyin edilməsi ilə əlaqədar etimadnaməsini bu ölkənin Prezidenti Sauli Niinistöyə təqdim etdikdən sonra Finlandiya parlamentinin sədri Eero Heynyaluoma ilə görüşmüşdür.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan-Finlandiya parlamentlərarası əlaqələri müzakirə olunmuş, ölkəmizin Avropaya inteqrasiyası ilə bağlı fikir mübadiləsi aparılmışdır. Azərbaycan cəmiyyətinin tolerant bir cəmiyyət olduğunu bildirən səfir ölkəmizdə milli və dini ayrı-seçkiliyə yol verilmədiyini və Azərbaycan parlamentinin də milli və dini fərqlilik baxımından rəngarəng olduğunu diqqətə çatdırmışdır.

Müstəqilliyini bərpa etdiyi vaxtdan ötən 22 il müddətində Azərbaycanda insan hüquqlarının qorunması və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində çox böyük işlərin görüldüyünü, bu istiqamətdə Milli Məclisdə mühüm qanun və qərarların qəbul olunduğunu qeyd edən səfir Azərbaycanın demokratik dövlət quruculuğu istiqamətində böyük yol qət etdiyini vurğulamışdır.   

Səfir Finlandiya parlamentinin sədrinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da məlumat vermişdir. Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini və bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlının doğma yurd-yuvalarından didərgin düşdüyünü qeyd edən A.Məmmədov beynəlxalq hüququn norma və prinsiplərinin hakim olduğu bir zamanda Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasətinə və erməni vandalizminə dünya birliyinin göz yummasının yolverilməz olduğunu bildirmişdir. Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlardan və demokratik dəyərlərə qiymət verən dünya dövlətlərindən beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq ərazi bütövlüyünün təmin olunmasında dəstək gözlədiyini bildirən səfir A.Məmmədov Finlandiya parlamentində də bu məsələlərə diqqət ayrılmasını xahiş etmişdir.

 Eero Heynyaluoma Finlandiya və Azərbaycan parlamentləri arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulamış və parlamentlərin nümayəndə heyətlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsinin aparıldığını qeyd etmişdir. O, Azərbaycan-Avropa əlaqələrinin daha da inkişaf etdirilməsi naminə hər iki ölkənin parlamentlərinin bu istiqamətdəki fəaliyyətinin əhəmiyyətindən danışaraq, ölkələr arasındakı əməkdaşlığın gələcəkdə də yüksək səviyyədə inkişaf edəcəyinə əminliyini bildirmişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında