Mübariz QURBANLI: Leyla Yunusa uzunmüddətli viza verilməsi müəmma yaradır

 

“Hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusa uzunmüddətli viza verilməsi, onları hava limanına qədər xarici səfirliyin nümayəndəsinin müşayiət etməsi müəyyən müəmma yaradır. Belə çıxır ki, kimlərsə Leyla Yunus və onun həyat yoldaşının Azərbaycandan xaricə çıxmasında və yaxud çıxarılmasında, daha tez getməsində maraqlı olublar”. Bunu Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı demişdir.

M.Qurbanlının sözlərinə görə, hər bir ölkə öz milli təhlükəsizliyini təmin etmək üçün cari işlərini yerinə yetirir və bunula bağlı dövlətin hüquq-mühafizə orqanları fəaliyyət göstərir: “Azərbaycanın milli təhlükəsizliyi ilə bağlı məsələlərdə, ölkəmizin qarşısında duran vəzifələrin həllində bizim hüquq-mühafizə sistemində çalışan əməkdaşlarımız, hesab edirəm ki, yüksək peşəkarlıq nümayiş etdirirlər. Öz milli təhlükəsizliyimizi qorumaq üçün vaxtaşırı müəyyən qəti addımlar atılır”.

Millət vəkilinin fikrincə, Leyla Yunus və onun həyat yoldaşının saxlanılması və onların törətdikləri əməllərlə bağlı geniş açıqlamalar olacaq: “Onu da qeyd edim ki, bundan əvvəl də jurnalist Rauf Mirqədirov saxlanılmış və istintaqa cəlb olunmuşdur. Bunlar da saxlanılmış və bunların Mirqədirovun işi ilə bağlı olub-olmadığı barədə bir şey deyə bilmərəm. Amma hər halda bu saxlanılmanın arxasında əsaslı səbəblər var və bu səbəblər onların hər hansı bir ictimai fəaliyyəti ilə, onların qeyri-hökumət təşkilatının fəaliyyəti ilə bağlı ola bilməz. Görünür, orada başqa məsələlər var. O da məlumdur ki, Leyla Yunus daima xaricdə olan bir sıra antiazərbaycan xarakterli təşkilatlarla sıx əlaqədə olmuşdur. Əlbəttə, onun müəyyən qeyri-hökumət təşkilatları ilə əlaqələrinin, fəaliyyətinin araşdırılması bizim üzərimizə düşmür. Bu, bizim təhlükəsizliklə bağlı olan qurumlarımızın işidir və yəqin ki, bunlar araşdırılacaq. Rauf Mirqədirov məsələsi gündəmə çıxdıqdan sonra nədən Leyla Yunus bununla bağlı daha çox canfəşanlıq edir, bu qədər bu məsələyə diqqət yetirir, istintaqın gedişini və nəticəsini gözləmədən hay-küy qaldırır? Məntiqlə düşünəndə, görünür, Rauf Mirqədirovun saxlanılması hansısa formada Leyla Yunusu narahat edir”.

YAP rəsmisi hesab edir ki, Leyla Yunus və onun həyat yoldaşının saxlanılmasında siyasi rəng axtarılmamalıdr.

Xatırladaq ki, qeyri-rəsmi məlumata görə, aprelin 28-də 2 saat ərzində Fransanın Azərbaycandakı səfirliyi L.Yunus və A.Yunusa 5 illik viza rəsmiləşdirmişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında