“Əl-Cəzirə Türk” televiziyası Prezident İlham Əliyevin Praqa Sammitindəki çıxışını Türkiyəyə əsl qardaşlıq dəstəyi kimi dəyərləndirmişdir

 

Türkiyənin aparıcı KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 24-də Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammitində çıxışı zamanı Ermənistan prezidenti Serj Sarkisyana tutarlı cavabı ilə bağlı xəbərlərə geniş yer verirlər.

“Əl-Cəzirə Türk” televiziyasının saytında yerləşdirilən “Əliyevdən Sarkisyana Türkiyə cavabı” sərlövhəli məqalədə də dövlətimizin başçısı İlham Əliyevin cəsarətli çıxışından bəhs olunur.

Məqalədə bildirilir ki, Praqa Sammitində Türkiyəyə qarşı əsassız ittihamlarla hücuma keçən Sarkisyana sərt cavab verən Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”.

Yazıda Azərbaycan Prezidentinin Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın 1915-ci il hadisələri ilə bağlı başsağlığı verməsinə Ermənistan tərəfindən müvafiq reaksiyanın olmadığını bildirməsi xüsusi vurğulanmışdır: “Baş nazir Ərdoğan bir neçə il öncə bəyanatla çıxış edərək Ermənistanın rəhbərliyinə bütün arxivləri açmağı təklif etmişdi ki, tarixçilər iki xalq arasındakı münasibətlərin tarixi məqamlarını nəzərdən keçirsinlər. Ancaq bu təklif adekvat cavabla qarşılanmadı. Dünən isə Baş nazir Ərdoğan erməni əsilli insanlara başsağlığı verdi, ancaq təəssüf ki, buna da Ermənistan tərəfindən müvafiq reaksiya verilmədi”.

Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ikili standartların olması, eləcə də işğalçı ölkənin bölgədə sülh istəmədiyi barədə dövlətimizin başçısının sözləri xüsusilə diqqətə çatdırılmışdır: “Birləşmiş Ştatlar və Avropa İttifaqı Türkiyə Baş nazirinin mövqeyini yüksək qiymətləndirdilər, ancaq görünür, bu, Ermənistan hökuməti üçün kifayət deyildir. Bu, aydın göstərir ki, regionda sülh istəməyən kimdir. Biz sülh istəyirik, biz ərazilərimizin geri qaytarılmasını istəyirik. Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmağa başlamalıdır. Bunu etmək çox asandır. Yalnız Ermənistan tərəfindən siyasi iradə olmalıdır.

Azərbaycan xalqı bir sual verir: Niyə Ermənistana sanksiyalar qoyulmur? Niyə Avropa Şurasındakı Ermənistan nümayəndə heyəti səsvermə və söz hüququndan məhrum edilmir? Onlar digər bir ölkənin ərazilərini işğal ediblər, beynəlxalq hüquq normalarını pozurlar, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini kobud şəkildə pozurlar və heç bir sanksiya tətbiq edilmir, heç bir cəza verilmir. Qanunsuz, kriminal Dağlıq Qarabağ rejiminin qondarma nümayəndələri Avropa paytaxtlarına vizalar alırlar. Bu dözülməzdir və buna son qoyulmalıdır”.

Yazıda Azərbaycan Prezidentinin bu mövqeyi Türkiyəyə əsl qardaşlıq dəstəyi kimi dəyərləndirilir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında