Azərbaycan ilə Niderland arasında əlaqələrin dinamik inkişafından məmnunluq ifadə olunmuşdur

 

Aprelin 25-də Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Niderland Krallığı Senatının üzvü Rene Van der Lindenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Görüşdə Oqtay Əsədov son illərdə Azərbaycan ilə Niderland arasında müxtəlif sahələrdə inkişaf edən əməkdaşlıqdan və dostluq münasibətlərindən danışmışdır. Sədr ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq Rene Van der Lindenin “Dostluq” ordeni ilə təltif edilməsini dostluğumuzun ən gözəl nümunəsi kimi qiymətləndirmişdir.

Bu yaxınlarda Bakıda Azərbaycan-Niderland biznes forumunun keçirildiyini xatırladan O.Əsədov ölkələrimiz arasında iqtisadi əlaqələrin genişlənməsində biznes forumların əhəmiyyətini qeyd etmişdir. O, münasibətlərin inkişafı üçün yeni sənədlərin imzalanmasının və hüquqi bazanın daha da möhkəmləndirilməsinin vacibliyinə toxunmuşdur.

Milli Məclisin sədri qeyd etmişdir ki, sürətlə inkişaf etməkdə olan Azərbaycanın ən ağrılı problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Biz münaqişənin Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinin tərəfdarıyıq. Lakin Ermənistan beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı qəbul etdiyi sənədlərə məhəl qoymur. Bununla əlaqədar işğalçı dövlətə heç bir sanksiya tətbiq edilmir.

O.Əsədov Dağlıq Qarabağ probleminin nizamlanması məsələsində ölkəmizin ədalətli mövqeyini dəstəklədiyinə və AŞ PA kimi mötəbər bir qurumun sədri olduğu dövrdə Cənubi Qafqazda, xüsusən Dağlıq Qarabağ ətrafında baş verən hadisələrlə bağlı həqiqətləri söyləməkdən heç vaxt çəkinmədiyinə görə  Rene Van der Lindenə təşəkkürünü bildirmişdir.

Rene Van der Linden Azərbaycana yenidən səfər etməsindən, dostluq münasibətləri və çox yaxşı əlaqələrin olmasından məmnunluğunu ifadə etmişdir. Qonaq Azərbaycana səfərləri çərçivəsində keçirdiyi görüşləri xatırlayaraq ölkəmizdə gedən inkişafdan məmnunluqla danışmışdır. O, ölkəmizdəki hərtərəfli inkişafı iqtisadi yüksəlişin göstəricisi kimi dəyərləndirmiş, Azərbaycan ilə Niderland arasında iqtisadi, biznes, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirmişdir.

Niderland Senatının üzvü  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olunacağına inandığını demişdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında