ABŞ prezidenti ənənəvi 24 aprel açıqlaması ilə çıxış etmişdir

 

 

Barak Obama yenə “soyqırımı”

sözündən istifadə etməmişdir

ABŞ Prezidenti Barak Obama 24 aprel - ermənilərin uydurma “erməni soyqırımı”nın növbəti ildönümü kimi qeyd etdikləri tarixlə bağlı ənənəvi açıqlama ilə çıxış etmişdir. APA-nın xəbərinə görə, B.Obama ötən illərdə olduğu kimi, 1915-ci il hadisələrini yenə “soyqırımı” adlandırmamışdır.

O, ermənicə “böyük fəlakət” mənasını verən “Meds yegern” kəlməsindən istifadə etmişdir.

Qeyd edək ki, Birinci Dünya müharibəsi zamanı Türkiyənin şərq vilayətlərində ermənilər xarici qüvvələrin təhriki ilə Osmanlı dövlətinə qarşı silahlı üsyan qaldırıblar. Silahlı erməni dəstələri yerli hakimiyyət nümayəndələrinə, dinc əhaliyə hücumlar edərək kütləvi qırğınlar törədiblər, infrastrukturu məhv etməyə çalışıblar. Müharibə gedərkən dövlətə arxadan vurulan bu zərbəni neytrallaşdırmaq üçün Osmanlı hökuməti erməni əhalinin imperiyanın ucqarlarına (indiki Suriya və Livan ərazilərinə) köçürülməsi barədə qərar qəbul etmişdir. Köç zamanı epidemiyalar, xəstəliklər nəticəsində yolda xeyli erməni ölmüşdür.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında