Prezident Həsən Ruhani: İran öz dəmiryolunu Azərbaycan vasitəsilə Gürcüstana birləşdirməkdə qərarlıdır

 

 

İran, Azərbaycan və Gürcüstanın əlaqələrinin inkişafı və İran dəmiryolunun Azərbaycan vasitəsilə Gürcüstana birləşməsi bölgənin xeyrinədir. Bu sözləri İran Prezidenti Həsən Ruhani bu gün Gürcüstanın İrana təyin olunmuş yeni səfiri İosif Çakaşvili ilə görüşündə demişdir.

Trend-in İranın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, Həsən Ruhani bildirmişdir ki, İran öz dəmiryolunu Azərbaycan vasitəsilə Gürcüstana birləşdirməkdə qərarlıdır. İran üçün Qara dənizə çıxış xüsusilə Batumi limanı vasitəsilə önəmlidir.

Görüşdə iki ölkənin özəl sektorunun əməkdaşlığı üçün güzəştlərin tətbiqi və universitetlər arasında əlaqələrin artırılmasının zəruriliyi vurğulanmışdır.

Qeyd edək ki, Gürcüstanın İrana təyin olunmuş yeni səfiri İosif Çakaşvili öz etimadnaməsini İran Prezidenti Həsən Ruhaniyə təqdim etmişdir.

İran rəsmiləri bundan öncə Qəzvin-Rəşt-Astara dəmir yolunun tikintisinin 2014-cü ilin mart ayında başa çatacağını açıqlamışdılar. Dəmir yol marşrutu mürəkkəbdir və 22 tunel, 15 xüsusi körpüdən ibarətdir. 15 tunelin tikintisi üzrə işlərin 70 faizi tamamlanmışdır.

Xatırladaq ki, Qəzvin-Rəşt-Astara dəmir yolu Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsidir və dəmiryolun tikintisi Azərbaycan, Rusiya və İran tərəfindən həyata keçirilir. Tikinti işlərinə 400 milyon dollar məbləğində investisiya yatırılması nəzərdə tutulmuşdur. Bu dəhlizlə yükdaşıma həcminin birinci mərhələdə ildə 6 milyon ton, gələcəkdə isə ildə 15-20 milyon tona qədər olacağı proqnozlaşdırılır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında