Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

 

 

Aprelin 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi ilə görüşmüşdür.

Qonağı salamlayan Ali Məclisin sədri Azərbaycan-Yaponiya əlaqələrinin 1991-ci ildə qurulduğunu xatırlatmış, 2000-ci ildən ölkəmizdə Yaponiya, 2005-ci ildən isə Yaponiyada Azərbaycan səfirliyinin fəaliyyətə başladığını bildirmişdir.

Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Yaponiya arasındakı münasibətlərdən bəhs edən Ali Məclisin sədri kənd təsərrüfatı, təhsil, turizm və digər sahələrdə qarşılıqlı əlaqələrin mövcud olduğunu diqqətə çatdırmışdır. Ali Məclisin sədri Tsuquo Takahaşinin səfərinin Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Yaponiya arasındakı əlaqələrin inkişafı baxımından səmərəli olacağına əminliyini bildirmiş, ona işlərində uğurlar arzulamışdır.

Səmimi qəbula görə minnətdarlıq edən Tsuquo Takahaşi ölkələrimiz arasında siyasi, iqtisadi, mədəniyyət və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirmişdir. Səfir diplomatik fəaliyyəti dövründə ölkəmizlə, eləcə də Naxçıvan Muxtar Respublikası ilə qarşılıqlı əlaqələrin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini qeyd etmişdir.

Görüşdə əlaqələrin gələcək inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında