İspaniya XİN: Nazir Marqalyonun Azərbaycana səfərində məqsəd siyasi, iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsidir

 

İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia Marqalyonun Azərbaycana səfərində məqsəd siyasi, iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsidir. APA-nın xəbərinə görə, bu barədə İspaniya XİN-in rəsmi açıqlamasında bildirilir.

Açıqlamada deyilir ki, Avropa Birliyinin şərqə doğru genişlənməsi və Lissabon müqaviləsinin qüvvəyə minməsi “Şərq tərəfdaşlığı” və Mərkəzi Asiya ölkələrini AB-nin xarici siyasətinin əsas aspektlərindən birinə çevirmişdir: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında neft-qaz kəmərləri baxımından əsas oyunçulardan biridir. Ölkə xüsusən infrastruktur sahəsində çalışan İspaniya şirkətləri üçün ciddi maraq doğurur”.

Nazirin səfəri zamanı Bakıda 19 ispan şirkətinin iştirakı ilə biznes-forum keçiriləcək. M. Q. Marqalyo aprelin 23-24-də Azərbaycanda olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında