Azərbaycanın birinci xanımından növbəti humanist addım

 

Aprelin 17-də  ATV telekanalında göstərilən və təcili ürək əməliyyatına ehtiyacı olan balaca Ömər Qasımovun müalicə xərclərini Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu öz üzərinə götürmüşdür.

Bu barədə məlumatı Milli Məclisin deputatı Qənirə Paşayeva özünün “Facebook” səhifəsində paylaşmışdır.

Məlumatda deyilir: “Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti çox hörmətli Mehriban xanıma təşəkkür edirik. Bir az əvvəl ürək qüsurundan əziyyət çəkən və təcili əməliyyata ehtiyacı olan 2 yaş 6 aylıq Ömər Qasımovun anası zəng edərək bildirmişdir ki, Mehriban xanımın adından onu Bakıya dəvət ediblər. Ömərin bütün əməliyyat və müalicə xərclərini Mehriban xanımın tapşırığı ilə Heydər Əliyev Fondu öz üzərinə götürür. İnşallah Ömər də Mehriban xanımın diqqəti və qayğısı ilə yenidən şəfa tapacaq, ailəsi və millətimiz üçün layiqli övlad olacaqdır”.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında