Deyvid Deyvis: “Qərb Azərbaycana qarşı ikili standart siyasəti yeridir”

 

Böyük Britaniya Parlamentinin Mühafizəkarlar Partiyasından olan üzvü Deyvid Deyvis Qərb dövlətlərinin liderlərinin Ukraynanın ərazi bütövlüyünə göstərdikləri kəskin dəstəyin Azərbaycana göstərilməməsi və Dağlıq Qarabağ məsələsində ikili standart siyasətinin yürüdülməsini pisləmişdir.

Avropa Azərbaycan Cəmiyyətindən (AAC) APA-ya verilən məlumata görə D. Deyvis Ukraynada baş verən hadisələrlə bağlı mövqeyini bildirərək, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyən bəyanatla çıxış etmişdir.

D. Deyvis bəyanatında qeyd etmişdir ki, Ukraynada baş verən son hadisələr sabitliyin Avropa üçün nə qədər önəmli olduğunu bir daha göstərmişdir: “Rusiyanın Krımı özünə birləşdirməsi Barak Obama, Devid Kemeron, Angela Merkel də daxil olmaqla, Qərb liderlərinin Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi ilə nəticələndi. Onlar Rusiyanı etdiyi hərəkətə görə qınamaqda və Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini dəstəkləməkdə tamamilə yekdil mövqe göstərirlər.

Lakin bu bizim Azərbaycana qarşı ikili standartlarla yanaşmamızı də üzə çıxarır. Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış suveren ərazisinin bir parçasıdır, lakin biz eyni liderlərin kəskin dəstəyini Ukrayna məsələsində olduğu kimi hiss etmirik. Böyük Britaniya BP şirkəti vasitəsilə Azərbaycanda ən böyük sərmayəçidir, münaqişənin yenidən qızışacağı təqdirdə biz çox şey itirəcəyik. İndi bizim üçün Dağlıq Qarabağdakı vəziyyəti daha çox diqqətə almağın və məsələnin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həllinin, məcburi köçkün düşmüş yüz minlərlə azərbaycanlının evinə qayıtmasının tam zamanıdır”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında