Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin həllində daha qətiyyətli və prinsipial mövqe nümayiş etdirməlidir

 

Aprelin 16-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Monteneqro parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilmişdir ki, görüşdə ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunmuş və parlament diplomatiyasının əhəmiyyəti vurğulanmışdır.

Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi barədə qonağa ətraflı məlumat vermişdir. Nazir bildirmişdir ki, Azərbaycan münaqişənin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq həllinin tərəfdarıdır. E.Məmmədyarov bildirmişdir ki, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın işğalçılıq siyasətini pisləyən qətnamələrin qəbul olunmasına baxmayaraq, Ermənistan bu sənədləri icra etmir. Azərbaycan xarici siyasət idarəsinin rəhbəri beynəlxalq ictimaiyyətin münaqişənin həllində daha qətiyyətli və prinsipial mövqe nümayiş etdirməsinin vacibliyini vurğulamışdır.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında