BMT-nin baş katibinə və BMT-nin Baş Məclisinə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı məktub ünvanlanmışdır

Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi BMT-nin baş katibinə və BMT-nin Baş Məclisinə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı məktub ünvanlamışdır.
Məktubda erməni hərbçilərinin Azərbaycanın işğal olunmuş torpaqlarındakı zorakılığından, Xocavənd rayonundakı hərbi hissədə iyulun 28-də baş vermiş silahlı insidentdən söz açılmışdır. Qeyd edilmişdir ki, bu hadisə rəsmi Yerevanın Azərbaycana qarşı hərbi əməliyyatlarda Ermənistan silahlı qüvvələrinin birbaşa iştirakını və onların işğal olunmuş ərazilərdə olmasını ört-basdır etmək cəhdlərinə baxmayaraq, Ermənistanın həmin ərazilərə hərbi nəzarəti həyata keçirdiyini açıq-aydın göstərir.
BMT və Avropa Parlamenti kimi beynəlxalq qurumlar Azərbaycanın ərazi bütövlüyünü tanımışlar və bu, Ermənistanın hərəkətlərinin qeyri-qanuni olduğunu sübut edir. Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi Məclisdən məktubu BMT Baş Məclisinin gündəliyinin Dağlıq Qarabağ münaqişəsi və GUAM ölkələrində həlli uzadılmış münaqişələrlə bağlı 14-cü və 18-ci maddələrinin əsasında qəbul etməsini xahiş etmişdir.
BMT-nin informasiya mərkəzindən bildirmişlər ki, məktub artıq qurumun baş katibinin ofisi tərəfindən qəbul olunmuşdur. Müraciət baxılmaq üçün Baş Məclisin növbəti sessiyasının gündəliyinə əlavə edilmişdir.
AzərTAc{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında