Bu gün zaman Ermənistanın xeyrinə işləmir

Bu gün zaman Ermənistanın xeyrinə işləmir. Bu fikri Rusiya eksperti, Strategiya və Texnologiyaların Təhlili Mərkəzinin direktoru Ruslan Puxov NEWS.am informasiya portalının müxbirinə müsahibəsində bildirmişdir.
Ekspertin sözlərinə görə, Azərbaycan tərəfdaş kimi getdikcə daha cəlbedici olur. O demişdir: "Dünyada bir neçə dövlət vardır ki, bütün ölkələr onların rəğbətini qazanmağa çalışırlar. Bir sıra amillər sayəsində Azərbaycan bu gün belə ölkələrdən birinə çevrilir. Hazırda Azərbaycan Rusiya, ABŞ, İran üçün maraq doğurur". R.Puxov daha sonra əlavə etmişdir: "Bu təbiidir ki, Azərbaycan yaranmış geosiyasi vəziyyətdən maksimum səmərə ilə istifadə etməyə çalışır. Odur ki, Azərbaycan Ermənistana, o cümlədən Dağlıq Qarabağ məsələsində daha güclü siyasi, iqtisadi və hərbi təzyiq göstərmək imkanına malikdir".
"Dağlıq Qarabağda hərbi əməliyyatların bərpa olunması nə dərəcədə mümkündür" sualına cavab verən ekspert vurğulamışdır ki, nə Rusiya, nə də ABŞ bunu istəməsə də, Azərbaycan və Ermənistan yetərincə müstəqil regional vahidlərdir və onlardan biri hərbi qüvvə tətbiq etməzdən əvvəl çətin ki, kiminləsə məsləhətləşsin.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında