Mübariz QURBANLI: Beynəlxalq münasibətlərin fundamental prinsiplərində çox dərin böhran yaranmışdır

 

“Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin birinci rübün yekunlarına dair iclasında çıxışında xarici siyasət və Dağlıq Qarabağ məsələsi ilə əlaqədar öz fikirlərini də açıqlamışdır. İclasda hazırda dünyada beynəlxalq münasibətlərdə yaşanan böhran və onu törədən səbəblər barədə danışılmışdır”. Bunu “Trend”ə açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Mübariz Qurbanlı demişdir.

M.Qurbanlı bildirmişdir ki, bu gün beynəlxalq münasibətlər sistemində çox dərin bir böhran yaşanmaqdadır: “BMT, digər qurumların qətnamələri, qərarları yerinə yetirilmir və bu da bir anormallıqdır. Ona görə də cənab Prezident bu məsələlərə toxundu və haqlı olaraq qeyd etdi ki, sanksiyalar sistemi, sanksiyaların tətbiqi məsələsi gündəmdədirsə, bu sanksiyalar Ermənistana və Dağlıq Qarabağda işğalçılıq hərəkətləri yerinə yetirən şəxslərə də tətbiq olunmalıdır. Bu sanksiyaların zamanında təcavüzkar Ermənistana və bu təcavüzkarlığı həyata keçirənlərə tətbiq edilməməsi ikili standartın bariz nümunəsidir”.

Deputat qeyd etmişdir ki, bu kimi hadisələr indiki şəraitdə beynəlxalq münasibətlərin fundamental prinsiplərində çox dərin böhran yaratmışdır: “Əgər bu gün hansısa bir ölkə başqa ölkənin ərazisini özünə birləşdirməyə görə sanksiya ilə üzləşirsə, bu sanksiya Ermənistana da tətbiq olunmalıdır. Yəni beynəlxalq münasibətlər sistemində ikili yanaşma baş verdikdə, istər-istəməz bir bumeranq kimi qayıdıb ikili yanaşmanı tətbiq edənlərin özünə dəyəcək. Ona görə də cənab Prezidentin söylədiyi fikirlər tamamilə haqlıdır və hesab edirəm ki, bizim diplomatiyamızın da bu istiqamətdə gördüyü işlərə bir dəstəkdir və bizim beynəlxalq təşkilatlardakı fəaliyyətimiz üçün bir örnəkdir”.

M.Qurbanlı daha sonra bildirmişdir ki, Ermənistana da mütləq sanksiyalar tətbiq olunmalıdır və bu istiqamətdə fəaliyyət gücləndirilməlidir: “Yəni Ukrayna hadisələrində beynəlxalq münasibətlər sisteminin bütün qanunlarını və qaydalarını tətbiq etməyə çalışdıqları halda, Dağlıq Qarabağ məsələsində biz bunu görmədik. Ölkələrin ərazi bütövlüyü ilə bağlı beynəlxalq təşkilatlar bir nəticəyə gəlib sanksiyalar tətbiq edirlərsə, qərarlar qəbul edirlərsə, etsinlər, amma bunu hamıya tətbiq etsinlər, hamıya eyni gözlə baxsınlar”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında