Əli HƏSƏNOV: Heç bir dini inanc, heç bir dini sitayiş, fəaliyyət Azərbaycan dövlətinin dünyəvi normalarına müdaxilə şəklində həyata keçirilməməlidir

 

Bugünkü iclasa parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələri də dəvət olunmuşlar və kifayət qədər konstruktiv müzakirələr aparılmışdır.

AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyasının partiyalararası əlaqələr və dialoq komissiyasının sədri Əli Həsənov aprelin 16-da jurnalistlərə müsahibəsində söyləmişdir.

Prezident Administrasiyasının şöbə müdiri demişdir: Azərbaycanda nəinki YAP-ın digər partiyalarla əlaqələri, bütövlükdə cəmiyyətdə siyasi partiyalar arasında dialoq necə olmalıdır? Ümummilli məsələlərin müzakirəsi partiyalar arasında necə aparılmalıdır? Bu müzakirələr hansı formada təşkil olunmalıdır? Partiyaların təklifləri necə dəyərləndirilməlidir? Azərbaycan cəmiyyətinin yönəldilməsində siyasi partiya institutlarının potensialından necə istifadə olunmalıdır? Bugünkü iclasda bu suallardan irəli gələn amillərlə yanaşı, Azərbaycan cəmiyyətində siyasi münasibətlərin tənzimlənməsi məsələləri geniş müzakirə edilmişdir.

Ölkədə dini cərəyanların fəaliyyətindən danışan Əli Həsənov demişdir: Azərbaycanda təkcə “nurçuluq”, vəhhabilik deyil, digər cərəyanların nümayəndələri də vardır və onlar fəaliyyətlərini gücləndirməyə cəhd göstərirlər.

Təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqaz regionunda, postsovet məkanında və ümumilikdə dünyada belə hallar mövcuddur. Bu gün dünyada insanların təfəkkürünə və fəaliyyətinə dövlətlərin qəbul etdiyi qanunlardan kənar, qeyri- ənənəvi yollarla təsir etməyə cəhd göstərənlər vardır. Dini müdaxilə, missionerlik, insanları məzhəblərə ayırmaq yolu ilə nifaq salmaq istəyən qüvvələr mövcuddur. Bunlar Azərbaycanda da vardır. Ölkəmizin müvafiq dövlət qurumları belə hallarla bağlı lazımi işlər aparırlar.

Bu gün bunların Azərbaycan dövləti üçün ciddi təhlükə kəsb etmədiyini söyləyən Əli Həsənov bildirmişdir: Əgər bunlar ciddi təhlükə kəsb etsələr, dövlətin qanunları və qanun keşikçiləri ilə üz-üzə gəlməyə məcbur olacaqlar. Amma bütövlükdə Azərbaycan cəmiyyəti bilməlidir ki, belə cəhdlər vardır və bu cür halların qarşısı dövlət tərəfindən alınır və alınacaqdır. Təəssüflər olsun ki, bəzi dini təriqətlərin öz üzvləri qarşısında qoyduğu məcburi normalar bəzən Azərbaycanda vətəndaş quruculuğu və dövlətçilik prinsiplərinə uyğun gəlmir. Heç bir dini inanc, heç bir dini sitayiş, fəaliyyət Azərbaycan dövlətinin dünyəvi normalarına müdaxilə şəklində həyata keçirilməməlidir. Dünyəvi normalara müdaxilə, istər-istəməz, qanun qarşısında məsuliyyət doğurur və əlbəttə ki, belə halların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında