Milli Məclis ilə ATƏT-in Parlament Assambleyası arasında qurumun 23-cü illik sessiyasının Bakıda keçirilməsinə dair saziş imzalanmışdır

 

 

Aprelin 16-da Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Monteneqro parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə Oqtay Əsədov bu səfərin  parlamentlərarası əlaqələrin daha da inkişafına töhfə verəcəyini demişdir. O, Azərbaycan ilə Monteneqro arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirmişdir. Qeyd edilmişdir ki, qarşılıqlı səfərlər və keçirilən görüşlər, imzalanmış sənədlər əməkdaşlığımızın hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaradır.

Milli Məclisin sədri son 10 ildə Azərbaycanda bütün sahələrdə əldə olunan sürətli inkişafdan da söhbət açmışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Oqtay Əsədov bildirmişdir ki, BMT Təhlükəsizlik Şurasının problemin həlli ilə bağlı qəbul etdiyi dörd qətnaməyə, o cümlədən digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə məhəl qoymayan Ermənistan torpaqlarımızın 20 faizini işğal altında saxlayır. Təəssüf ki, işğalçı dövlətə qarşı heç bir sanksiya tətbiq edilmir.

Ranko Krivokapiç Azərbaycan ilə Monteneqro arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd etmişdir.

Dağlıq Qarabağ münaqişəsinə toxunan R.Krivokapiç ATƏT-in Minsk qrupunun problemin həlli istiqamətində vasitəçilik səylərinin daha da fəal olmasına çalışdıqlarını söyləmişdir. O demişdir: “Qafqazda sabitliyin bərqərar olması üçün birgə səylər göstərəcəyik. Münaqişələrin həlli bizim vəzifələrimiz arasında prioritet məsələ olmalıdır”.

Görüşün sonunda Azərbaycan Respublikasının Milli Məclisi ilə ATƏT Parlament Assambleyası arasında qurumun 23-cü illik sessiyasının Bakıda keçirilməsinə dair saziş imzalanmışdır.

Sazişi Milli Məclisin sədri Oqtay Əsədov və ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç imzalamışlar.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında