Musa QASIMLI: Azərbaycan dövləti o qədər güclüdür ki, xaricdən hər hansı bir müdaxilə heç zaman uğur qazana bilməz

 

Bəzi xarici qeyri-hökumət təşkilatları uzun müddət “demokratiya” adı altında Azərbaycanda öz şəbəkələrini yaratmaqla və genişləndirməklə cəmiyyətə təsir göstərməyə cəhd göstərsələr də, digər ölkələrdən fərqli olaraq, Azərbaycanda öz istəklərinə nail ola bilmədilər. Bu barədə “Trend”ə millət vəkili, professor Musa Qasımlı açıqlama vermişdir.

Millət vəkilinin bildirmişdir ki, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət bütövlükdə hər bir Azərbaycan vətəndaşının həyat səviyyəsinin yüksəlməsinə böyük təsir göstərmişdir.

Azərbaycan heç bir zaman yad təsirləri qəbul etməyib, demokratiyaya doğru inkişafını müəyyənləşdirmişdir: “Azərbaycanı bu cür QHT-lərin fəaliyyət göstərdiyi digər ölkələrlə qətiyyən müqayisə etmək olmaz. Son 20 ildən artıq bir müddət ərzində Azərbaycan görünməmiş inkişaf yolu keçmişdir. Ərazilərinin bir hissəsinin işğal altında olmasına baxmayaraq, Azərbaycan qurulan, yenidən tikilən bir məmləkətə çevrilmişdir”.

Millət vəkili əlavə etmişdir ki, bu inkişaf təkcə ölkəmizin paytaxtı Bakıda deyil, bütün regionlarda, hətta ən ucqar dağ kəndlərində belə aydın şəkildə görünür: “Belə bir şəraitdə insanlar hansısa QHT-lərin boş vədlərinə, təbliğatına deyil, konkret görülən işlərə inanırlar. Konkret görülən işlər isə göz qabağındadır. Bu işlər Azərbaycan vətəndaşının daha yaxşı yaşamasına və dövlətin güclü olmasına yönəlmişdir”.

M.Qasımlı daha sonra demişdir ki, demokratik dövlət quruculuğu Azərbaycan xalqının və hakimiyyətinin iradəsi ilə bağlıdır, xaricdən hər hansı bir müdaxilə isə indiyə qədər olduğu kimi, bundan sonra da iflasa uğrayacaq: “Əlbəttə, ölkəmizdəki QHT-lər xarici ölkələrdəki müəyyən beynəlxalq QHT-lərlə əməkdaşlıq etməlidirlər. Bu, normal haldır. Azərbaycan açıq cəmiyyətdir. Amma Azərbaycan dövləti o qədər güclüdür ki, kənardan hər hansı bir müdaxilə heç zaman uğur qazana bilməz. Azərbaycanda hakimiyyət ilə xalq arasında sıx birliyin olması bunun təminatıdır”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında