Azərbaycan hökuməti Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlığı bundan sonra da davam etdirməkdə maraqlıdır

 

 

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov aprelin 11-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) donor əlaqələri şöbəsinin müdiri Jeron Sorq və qurumun Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Deniz Duran ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkəmizdəki nümayəndəliyinin çoxillik fəaliyyətini müsbət  dəyərləndirən Əli Həsənov bunu həmin beynəlxalq qurum ilə Azərbaycan hökuməti arasındakı əməkdaşlığın yaxşı əsaslar üzərində qurulmasının, əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoymasının bariz nümunəsi kimi qiymətləndirmişdir. 

Bildirilmişdir ki, BQXK fəaliyyət müddəti ərzində mandatına uyğun olaraq ölkəmizdə humanitar hüququn ümumdünya humanitar prinsiplərini inkişaf etdirməklə yanaşı, ilk illərdə məcburi köçkün ailələrinə də fövqəladə vəziyyətdə tələb olunan yardımlar göstərmiş, yaralılar üçün geniş tibbi proqram həyata keçirməyə başlamış, minlərlə ailələrin üzvlərinə itkin düşən yaxınları barədə məlumatlar toplamış, cəbhəyanı ərazidə yaşayan uşaqları məktəbli forması və ləvazimatlarla təchiz etmiş, məktəb və uşaq bağçalarını təmir etmiş, Dağlıq Qarabağ münaqişəsi nəticəsində əsir düşənlərin saxlanılması, vətənə qaytarılması məsələlərində Azərbaycan və Ermənistan hökumətləri ilə vasitəçilik etmiş və digər zəruri tədbirlər həyata keçirmişdir

Görüşdə BQXK-nın Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə qarşılıqlı əlaqələri, təşkilatın potensialını artırmaq üçün texniki və maliyyə dəstəyini davam etdirməsi, axtarış fəaliyyətinin gücləndirilməsi üçün Cəmiyyət ilə qurulan əməkdaşlıq müsbət qiymətləndirilmişdir. Azərbaycan hökumətinin BQXK ilə əməkdaşlığı bundan sonra da davam etdirməkdə maraqlı olduğu vurğulanmışdır.

Sonda BQXK-nın ümumi fəaliyyəti, qarşıda duran vəzifələr və digər məsələlərlə bağlı müzakirələr aparılmışdır. Baş nazirin müavini diqqətə çatdırmışdır ki, ölkəmizdə fəaliyyət göstərən digər  beynəlxalq təşkilatlar kimi, BQXK-nın da şəffaf və sərbəst fəaliyyəti üçün Azərbaycan hökuməti tərəfindən hərtərəfli şərait yaradılacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında