Naxçıvan Muxtar Respublikası Ali Məclisində orden, medal və fəxri adların təqdimat mərasimi olmuşdur

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisində 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninin, “Dövlət qulluğunda fərqlənməyə görə”, “Tərəqqi”, “Hərbi xidmətdə fərqlənməyə görə” və “Vətən uğrunda” medallarının, Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının təqdimat mərasimi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov təltif olunanları muxtar respublikamızın 90 illik yubileyi və mükafatlara layiq görülmələri münasibətilə təbrik edərək demişdir: “Azərbaycanda bütün sahələrdə inkişaf təmin olunmuşdur. Bu inkişafın əldə olunmasınnda fərqlənənlərin əməyi isə dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir. Dövlət tərəfindən inkişaf strategiyası müəyyənləşdirilir, müxtəlif sahələr üzrə proqramlar qəbul edilir. Bu inkişaf strategiyasının və dövlət proqramlarının icraçıları isə insanlardır”.

Ali Məclisin sədri daha sonra demişdir: “Ölkəmizin inkişafında öz fəaliyyəti ilə fərqlənənlərin, Vətəninə və xalqına xidmətdə nümunə göstərənlərin əməyinə dövlətimiz tərəfindən daim yüksək qiymət verilir, onlar medal və fəxri adlarla təltif olunurlar. Bu gün dövlətimizin ali mükafatları ilə təltif olunanlar müxtəlif sahələrdə çalışan insanlardır. Onların əməyinin qiymətləndirilməsi səmərəli fəaliyyətlərinin nəticəsində mümkün olmuşdur. Eyni zamanda, əməyə verilən bu qiymət hər bir insanda böyük ruh yüksəkliyi yaradır, onların qurub-yaratmaq əzmini artırır, gələcəkdə daha məhsuldar fəaliyyət göstərməyə sövq edir”.

Ali Məclisin sədri Vasif Talıbov təltif olunanların bundan sonra daha məsuliyyətlə çalışacaqlarına və nümunəvi xidmət göstərəcəklərinə əminliyini bildirmiş, onlara qarşıdakı fəaliyyətlərində uğurlar arzulamışdır.

Sonra Ali Məclisin sədri medalların, Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim etmişdir.

Təltif olunanlardan İradə Novruzova, Fariz Bağırov, Məzahir Mirzəyev, Afin Məmmədov, Həbib İbrahimov, Həbibə Allahverdiyeva, Mətləb İbrahimov, Xuraman Əsgərova, Elminaz Məmmədova, Sultan Rzayev, Müzəffər Əsgərov, Ələddin Məmmədov əməklərinə verilən yüksək qiymətə görə dərin minnətdarlıqlarını ifadə etmişlər.

Qeyd olunmuşdur ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinə daim sadiq olmaq bundan sonra da fəaliyyətin əsasını təşkil edəcəkdir. Muxtar respublikanın 90 illik yubileyi ərəfəsində dövlət mükafatına layiq görülmək isə ikiqat qürur və şərəfdir.

Təltif olunanlar bundan sonra da doğma diyarımızın inkişaf və tərəqqisi yolunda səylə çalışacaqlarına söz vermişlər.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında