Avropa İttifaqı: Azərbaycan və Ermənistan prezidentləri arasında dialoqun davam etdirilməsi ümidvericidir

 

Avropa İttifaqı hesab edir ki, Azərbaycan və Ermənistan prezidentləri arasında dialoqun davam etdirilməsi ümidvericidir. “Trend”in məlumatına görə, bu barədə jurnalistlərə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard demişdir.

Malena Mard bildirmişdir ki, Aİ bu dialoqun davam edəcəyinə ümid edir. Dialoq bir çox məsələlərin irəli getməsinin yeganə yoludur: “Avropa İttifaqı danışıqların davam etməsinə çox pozitiv yanaşır”.

M.Mard qeyd etmişdir ki, Azərbaycan ilə Aİ arsında ikitərəfli münasibətlər üzrə danışıqlar həm Bakıda, həm də Brüsseldə davam etdirilir: “Ümid edirəm ki, bu dialoq keçmiş illərdə olduğu kimi intensivliklə davam edəcək. Azərbaycan ilə Aİ arasında yaxşı əməkdaşlıq münasibətləri mövcuddur”.

Onun sözlərinə görə, ikirətəfli əməkdaşlıq üzrə bir sıra ölkələrlə danışıqlarda irəli getmişlər: “Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı ölkələri arasında mövcud olan məsələlər üzrə daha dərindən işləməyə çalışırıq”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında