ABŞ Konqresinin üzvü Xocalı faciəsi ilə bağlı bəyanat vermişdir

 

 

“Ermənistan hələ də Xocalını işğal altında saxlayır, ümumiyyətlə, Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır”

ABŞ Konqresinin üzvü Edi Bernis Conson (Eddie Bernice Johnson) aprelin 3-də Xocalı faciəsi ilə bağlı bəyanat vermişdir.

Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətindən  APA-ya verilən məlumata görə, Konqres üzvü Conson Ermənistanın hələ də Xocalını işğal altında saxladığını və ümumiyyətlə, Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğunu bəyan etmişdir.  O, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən qətnamələrinə məhəl qoyulmadığını qeyd etmişdir.

 Edi Bernis Conson Konqresdəki həmkarlarını Xocalı faciəsi qurbanlarının xatirəsini yad etməyə və münaqişənin sülh yolu ilə həllinə dəstək verməyə çağırmışdır.

Qeyd edək ki, E. B. Conson Konqresdəki Azərbaycan üzrə İşçi Qrupunun üzvüdür.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında