Moskvada MDB-nin Xarici İşlər Nazirləri Şurasının növbəti iclası olmuşdur

Aprelin 4-də Moskvada MDB-nin Xarici İşlər Nazirləri (XİN) Şurasının növbəti iclası keçirilmişdir. İclasda Birliyin üzvü olan bütün ölkələrin nümayəndələri iştirak etmişlər. Azərbaycanı tədbirdə xarici işlər naziri Elmar Məmmədyarov təmsil etmişdir.

Belarusun xarici işlər naziri Vladimir Makey iclasa sədrlik etmişdir.

Xarici siyasət idarələrinin rəhbərləri Birlik ölkələrinin beynəlxalq siyasət sahəsində inteqrasiya əlaqələri məsələlərini gözdən keçirmişlər. O cümlədən, 2013-cü il üçün MDB-nin xarici siyasət idarələri arasında çoxcəhətli məsləhətləşmələr planının həyata keçirilməsinin gedişi müzakirə olunmuş, 2014-cü il üçün oxşar plan təsdiq edilmişdir.

Ötən il MDB çərçivəsində altı XİN-lərarası məsləhətləşmə keçirilmişdir. Birləşmiş Millətlər Təşkilatında, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq forumlarda birgə təşəbbüslərin irəli sürülməsi mümkünlüyü, eləcə də yeni təhdid və çağırışlara qarşı əməkdaşlıq, ekspert nəzarəti və s.  məsələlər də daxil olmaqla MDB dövlətlərinin əlaqələri məsələlərinə baxılmışdır.

2014-cü il üçün planda BMT-də və  ATƏT-də, eləcə də Avropa İttifaqı ilə əməkdaşlıq problemləri, Əfqanıstan problemi də daxil olmaqla  yeni təhdid və çağırışlara müqavimət göstərilməsi, ekspert nəzarəti, informasiya sahəsində əməkdaşlığın genişləndirilməsi üzrə məsləhətləşmələrin aparılması, eləcə də XİN-lərin Konsul Xidmətləri Rəhbərlərinin Məsləhət Şurasının iclasının keçirilməsi nəzərdə tutulur.

Humanitar sahədə bir sıra sənəd layihələri bəyənilmişdir. Daha sonra həmin layihələr baxılmaq üçün MDB-nin ali orqanlarına təqdim ediləcəkdir. Sənədlər 2016-cı ilin MDB-də “Təhsil ili” elan edilməsinə, idmanın milli növlərinin dəstəklənməsinə və inkişafına, təhsil müəssisələrinə müxtəlif istiqamətlər üzrə baza təşkilatı statusunun verilməsinə aiddir. 

Təhlükəsizliyin təmin olunması sahəsində MDB-nin üzvü olan dövlətin başçılarının narkotiklər üzərində beynəlxalq  nəzarət sisteminin saxlanması və möhkəmləndirilməsi haqqında bəyanatları barəsində  qərar layihəsi, eləcə də MDB ölkələri silahlı qüvvələrinin  topogeodeziya və naviqasiya təminatı sahəsində qarşılıqlı fəaliyyəti müəyyənləşdirən sənədlər, humanitar minalardan təmizləmə, həddi-büluğa çatmayanların daimi yaşadıqları dövlətlərə qaytarılması, cinayət işi üzrə maddi sübut olan narkotik vasitələrin, psixotrop maddələr və onların prekursorlarının, odlu silahların, partlayıcı maddələrin və partlayıcı qurğuların gətirilməsi ilə bağlı sənədlər müzakirə edilmiş və bəyənilmişdir.

Təhlükəsizlik sahəsinə həmçinin MDB-nin Xarici İşlər Nazirləri Şurasında bəyənilmiş, təbii və texniki xarakterli fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılması və belə vəziyyətlərdə zərər çəkmiş dövlətlərə kömək göstərilməsi məsələləri ilə bağlı  sənədlər də aiddir. Bundan əlavə, MDB-yə üzv dövlətlərin xarici sərhədlərinin Tacikistan-Əfqanıstan sahəsində sərhəd təhlükəsizliyinin  möhkəmləndirilməsi üçün Tacikistan Respublikasına kömək göstərilməsi barəsində qərar layihəsi bəyənilmişdir. Xarici siyasət idarələrinin rəhbərləri Birliyin fəaliyyətinin hüquqi təminatı ilə bağlı bir sıra məsələlərə də baxmışlar.

 MDB-nin Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının 2014-cü ilin oktyabrında Minskdə keçirilməsi qərara alınmışdır.

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında