BMT rəsmisi: Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməsi ilə bağlı BMT-nin qətnamələri yerinə yetirilməlidir

 

Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməsi ilə bağlı BMT-nin qərar və qətnamələri yerinə yetirilməlidir. Bu barədə Trend-ə Bakıda səfərdə olan BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai bildirmişdir.

Baş katib Azərbaycanın işğal edilmiş ərazilərində turizm zonalarının məhv edilməsi ilə bağlı suala cavab verərkən demişdir: “BMT-nin qərar və qətnamələri yerinə yetirilməlidir. Bu, bizim üçün aydın bir prinsipdir”.

T.Rifai vurğulayıb ki, bu məsələdə beynəlxalq qanunlar olduqca əhəmiyyətlidir: “Ümid edirəm ki, zaman və diplomatiya bütün bu məsələləri həll edəcək”.

Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı etdiyi təcavüzlə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 822, 853, 874 və 884 saylı 4 qətnamə qəbul edilmişdir. Bu qətnamələrin hər birində ermənilərin təcavüzkar siyasəti pislənilsə və erməni hərbi birləşmələrinin zəbt etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmaları birmənalı şəkildə tələb olunsa da, bu tələblər indiyə qədər yerinə yetirilməmişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında