Azərbaycan və Litva parlamentləri tvinninq layihəsi çərçivəsində səmərəli əməkdaşlıq edirlər

Azərbaycan və Litva parlamentləri tvinninq layihəsi çərçivəsində səmərəli əməkdaşlıq edirlər. Avropaya inteqrasiya edən Azərbaycan bu yolda Litvanın təcrübəsini öyrənməkdə maraqlıdır.
Bu fikirlər ölkəmizdə səfərdə olan Litva Milli Dirçəliş Partiyasının sədri, Seymin xarici əlaqələr komitəsinin və Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Arunas Valinskasın başçılıq etdiyi nümayəndə heyətinin avqustun 17-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşündə səslənmişdir.
Oqtay Əsədov demişdir ki, Azərbaycan-Litva əlaqələri yüksələn xətlə inkişaf edir. Bu işdə dövlətlərimizin başçılarının, hökumət və parlament rəhbərlərinin keçirdikləri görüşlər, aparılan danışıqlar mühüm rol oynamışdır. Ümid edirik ki, sizin bu səfəriniz parlamentlərimiz arasında münasibətlərin genişlənməsinə yeni töhfə verəcəkdir.
O.Əsədov qeyd etmişdir ki, Milli Məclis bütün Avropa ölkələrinin parlamentləri ilə sıx əməkdaşlıq edir. Litva ilə əlaqələrimiz isə xüsusi səciyyə daşıyır. Azərbaycan qanunlarının Avropa standartlarına uyğunlaşdırılması və təkmilləşdirilməsi baxımından parlamentlərimizin aparatlarının əməkdaşları qarşılıqlı təcrübə keçirlər. Parlamentlərimizdəki dostluq qrupları da əlaqələrimizin inkişafında mühüm rol oynayırlar. İstərdik ki, parlamentlərarası əməkdaşlığımız daha da inkişaf etdirilsin.
Arunas Valinskas onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlıq etmiş, Azərbaycanda olmaqdan məmnun qaldıqlarını bildirmişdir. O demişdir ki, deputatlarımızın, parlamentlərimizin aparatlarının nümayəndələrinin tvinninq layihəsi çərçivəsində əməkdaşlığı böyük səmərə verəcəkdir. Biz münasibətlərimizin daha da genişlənməsinin tərəfdarıyıq və Bakıya səfərin əsas məqsədi də bununla əlaqədar fikir mübadiləsi aparmaqdır. Azərbaycan iqtisadi cəhətdən də sürətlə inkişaf edir. Biz Azərbaycanın Avropaya inteqrasiyasına hər cür kömək göstərməyə hazırıq. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında