Ankaranın Kızılcahamam rayonunda “Xocalı abidəsi və Xocalı muzeyi” kompleksi açılmışdır

 

Martın 27-də Azərbaycanın Türkiyədəki səfirliyinin təşəbbüsü ilə Ankaranın Kızılcahamam rayonunda inşa edilmiş “Xocalı abidəsi və Xocalı muzeyi” kompleksinin açılışı olmuşdur. Tədbir Azərbaycan səfirliyinin və Ankaranın Kızılcahamam Bələdiyyəsinin təşkilatçılığı ilə 31 Mart  Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar gerçəkləşdirilmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, kompleksin açılış mərasimində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, deputat Cavanşir Feyziyev, Kızılcahamam Bələdiyyəsinin başçısı Coşkun Ünal, Kızılcahamam rayonunun icra başçısı Mustafa Çit, Türkiyə Xarici İşlər Nazirliyinin idarə rəisi, səfir Tahsin Tunç Üğdül, Ankarada akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların rəhbərləri və təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri, ictimai-siyasi xadimlər, Ankarada təhsil alan azərbaycanlı tələbə və kursantlar, KİV nümayəndələri iştirak etmişlər.

Mərasimdə  əvvəlcə qardaş ölkələrimizin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, dövlət himnləri oxunmuşdur.

Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mərasimdə çıxış etmişdir.

Türkiyə Respublikasının hökumətinə və Kızılcahamam rayon rəhbərliyinə təşəkkür edən Əli Həsənov Xocalı soyqırımının bütün türk dünyasının müştərək acısı olduğunu diqqətə çatdırmış, xalqımıza qarşı tarix boyu davam etmiş erməni qəsbkarlığı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətini vurğulamış, bu cür tədbirlərin Xocalı soyqırımı və digər faciələrin bir daha təkrarlanmaması üçün vacib olduğunu bildirmişdir. Əli Həsənov həmçinin Türkiyədə Xocalı soyqırımı ilə bağlı 3 abidənin olduğunu və 8 bələdiyyə məclisinin Xocalı faciəsini soyqırımı aktı kimi tanıdığını diqqətə çatdırmış, bir gün Türkiyə Böyük Millət Məclisinin də Xocalı faciəsini soyqırımı kimi tanıyacağına ümid etdiyini vurğulamışdır.

Səfir Faiq Bağırov ölkəmizin qan yaddaşının gənclərimizin düşüncəsinə aşılanmasında ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz rolundan söz açmış, xalqımıza qarşı tarix boyu həyata keçirilmiş erməni təcavüzü ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin üzərinə düşən mühüm vəzifələrdən danışmışdır.

Tanınmış tarixçi alim Yaqub Mahmudov, Kızılcahamam bələdiyyəsinin rəhbəri Coşkun Ünal və rayonun icra başçısı Mustafa Çit çıxış edərək, qardaş ölkələrimizin xalqlarına qarşı tarix boyu davam etmiş erməni təcavüzündən geniş bəhs etmişlər.

Tədbir iştirakçılarına “İrs-Miras” jurnalı ilə yanaşı, erməni təcavüzkarlığı ilə bağlı həqiqətləri anladan materiallar da təqdim olunmuşdur.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında