Azərbaycan və Litva Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində çox səmərəli əməkdaşlıq edirlər

Azərbaycan və Litva Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində çox səmərəli əməkdaşlıq edirlər. Bu da ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasında və münasibətlərimizin möhkəmlənməsində mühüm rol oynayır.
AzərTAc xəbər verir ki, bu fikirlər ölkəmizdə səfərdə olan Litva Respublikası Milli Dirçəliş Partiyasının sədri, Litva Seyminin xarici əlaqələr komitəsinin və Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Arunas Valinskasın başçılığı ilə Bakıda səfərdə olan nümayəndə heyətinin avqustun 16-da Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri ilə görüşündə səslənmişdir.
Komitənin sədri Əli Hüseynov demişdir ki, Azərbaycan parlamenti Avrozonaya daxil olan bütün ölkələrin parlamentləri ilə sıx əməkdaşlıq edir. Litva ilə əlaqələrimiz isə xüsusi səciyyə daşıyır. Biz "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində, eləcə də qanunvericlik bazasının təkmilləşdirilməsi, Avropaya inteqrasiya sahəsində olduqca səmərəli əməkdaşlıq edirik. "Azərbaycan Respublikasının normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun hazırlanmasında litvalı həmkarlarımızın, ekspertlərin böyük xidmətləri olmuşdur.
Dövlətlərimizin başçılarının, parlamentlərimizin rəhbərlərinin, hökumət üzvlərinin, deputatlarımızın qarşılıqlı səfərləri, görüşləri bütün sahələrdə əlaqələrimizin inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır. İstərdik ki, bu əməkdaşlıq qeyri-hökumət təşkilatları, siyasi partiyalar arasında da inkişaf etdirilsin.
Arunas Valinskas demişdir ki, parlamentlərimiz tvininq layihəsi çərçivəsində də səmərəli əməkdaşlıq edirlər. Biz əməkdaşlığımızın daha da genişlənməsinin tərəfdarıyıq və Bakıya səfərin əsas məqsədi də bununla əlaqədar fikir mübadiləsi aparmaqdır. Azərbaycan sürətlə inkişaf edir. Bu da diqqətdən kənarda qala bilməz. Biz Azərbaycanın Avropaya inteqrasiyasına hər cür kömək göstərməyə hazırıq.
Görüşdə hökumət, parlament, qeyri-hökumət təşkilatları nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili, Azərbaycanın Şengen zonasına daxil edilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında