Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr komissiyasının iclası keçirilmişdir

 

 

 

Martın 17-də Yeni Azərbaycan Partiyasının (YAP) beynəlxalq əlaqələr komissiyasının iclası keçirilmişdir.

İclasda Milli Məclisin sədr müavini, komissiyanın sədri, partiyanın İdarə Heyətinin üzvü Bahar Muradova gündəlikdə duran əsas məsələlərin qurumun fəaliyyət proqramının, 2014-cü il üçün tədbirlər planının təsdiqi və təşkilati işlər olduğunu bildirmişdir.

Bahar Muradova komissiyanın fəaliyyəti və iş planı haqqında məlumat vermişdir. Bildirilmişdir ki, Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan etibarən beynəlxalq əməkdaşlığa önəm verir. YAP müxtəlif ölkələrin siyasi partiyaları, ayrı-ayrı ictimai təşkilatlar ilə ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığı inkişaf etdirir.

Qeyd olunmuşdur ki, 2014-cü ilin iş planına cari ilin fevral ayında “Xocalıya ədalət!” devizi altında Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı tədbirin keçirilməsi, apreldə tanınmış politoloqların iştirakı ilə beynəlxalq aləmdə baş verən proseslərin təhlilinə həsr olunmuş “dəyirmi masa”nın təşkili, may ayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə beynəlxalq konfransın keçirilməsi daxildir. Bundan başqa, iş planında avqustda xarici ölkələrdə təhsil alan tələbələrin YAP-ın fəalları ilə görüşünün keçirilməsi, sentyabrda “Azərbaycan inteqrasiya yolunda” mövzusu ətrafında YAP fəallarının ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri ilə disputun təşkili və digər toplantılar da yer almışdır.

İclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, komissiyanın üzvü, Milli Məclisin deputatı Asəf Hacıyev və başqaları çıxış edərək iş planında əks olunan məsələlərlə bağlı fikirlərini bölüşmüşlər.  

Sonra YAP-ın beynəlxalq əlaqələr komissiyasının fəaliyyət proqramı və 2014-cü il üçün iş planı təsdiq edilmişdir.

Sonda təşkilati məsələlərə baxılmışdır. Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov komissiyanın sədr müavini, siyasi elmlər doktoru Elman Nəsirov isə katibi seçilmişdir.

  AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında