Seyşel Adaları Respublikasının keçmiş Prezidenti: Azərbaycan müstəqil dövlət kimi özünü dünyanın siyasi arenasında təsdiq edə bilmişdir

 

Martın 14-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov Seyşel Adaları Respublikasının keçmiş Prezidenti Sir Riçard Mançam ilə görüşmüşdür.

Qonağı ikinci dəfə Bakıda görməkdən məmnun olduğunu bildirən Əli Əhmədov onun Azərbaycana bəslədiyi xoş münasibətin ölkəmizdə yüksək qiymətləndirildiyini söyləmişdir. 

Baş nazirin müavini qonağa Azərbaycan haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən islahatlar öz nəticəsini vermiş və Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir. Neft gəlirlərinin səmərəli istifadəsi Azərbaycanın sosial-iqtisadi inkişafına mühüm töhfə vermişdir. Hazırda bir çox dünya dövlətləri iqtisadi böhrandan əziyyət çəkdiyi halda Azərbaycan dinamik şəkildə inkişaf edir.

Səmimi görüşə görə minnətdarlığını bildirən Sir Riçard Mançam demişdir ki, vaxtilə dünya iki qütbə bölünmüşdü. Qərb ölkələrinin və bu ölkələrlə əlaqədə olan dövlətlərin, o cümlədən Seyşel Adaları Respublikası ictimaiyyətinin SSRİ-nin tərkibindəki respublikalar haqqında məlumatı yox idi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə dünyada tanınmağa başladı. Bu gün isə Azərbaycan müstəqil dövlət kimi özünü dünyanın siyasi arenasında təsdiq edə bilmişdir. Azərbaycanın demokratik inkişaf yolu tutması gələcəkdə onun daha da güclənməsinə gətirib çıxaracaqdır.

Görüşdə Azərbaycan ilə Seyşel Adaları Respublikası arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması haqqında fikir mübadiləsi aparılmışdır.

Sonra mətbuat nümayəndələri üçün brifinq keçirilmişdir. Sabiq Prezident Azərbaycan ilə Seyşel Adaları Respublikasının beynəlxalq təşkilatlardakı əməkdaşlığına və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair sualları cavablandırmışdır.

Xatırladaq ki, Sir Riçard Mançam ilk dəfə 2013-cü il oktyabrın 9-da Azərbaycanda keçirilmiş prezident seçkilərini müşahidə etmək üçün Bakıya səfər etmişdi.

 AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında