BRİTANİYA SƏFİRİ: Azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına gedə bilməməsi böyük ədalətsizlikdir

 

Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyət göstərməli olan beynəlxalq təşkilatlar hələ də ikili standartlara yol verirlər. Trend-in məlumatına görə, bu barədə “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov Böyük Britaniyanın Xarici məsələlər ofisinin Cənubi Qafqazda münaqişələr üzrə müşaviri Dr. Kristofer Joys, Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq ilə görüşdə demişdir.

B.Səfərov bildirmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərti ilə həll olunmalıdır: “Biz bu istiqamətdə həm Aİ-dən, həm böyük dövlətlərdən, eləcə də Böyük Britaniyadan, həmçinin bu məsələ ilə məşğul olan digər qurumlardan qətiyyətli mövqe gözləyirik”.

İ.Siddiq isə öz növbəsində bildirmişdir ki, 22 ildən artıq zaman ərzində Dağlıq Qarabağ və ətraf rayonlardan olan qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına gedə bilməməsi böyük ədalətsizlikdir. Səfir həmçinin qeyd etmişdir ki, münaqişənin həllində əsas prinsiplər kimi problemin sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması mütləq şərtlərdəndir.

Görüşdə çıxış edən millət vəkilləri Rövşən Rzayev və Elman Məmmədov dövlətimizin məcburi köçkünlər üçün yaratdığı şəraitdən danışıblar. Rövşən Rzayev qeyd etmişdir ki, əlbəttə, dövlət məcburi köçkünlərin sosial-iqtisadi problemlərini mərhələ-mərhələ həll edir, amma bu insanların hər biri öz doğma torpaqlarına qayıtmaq istəyir.

E.Məmmədov münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupunu, Aİ, BMT və digər beynəlxalq qurumları qətiyyətli olmağa çağırmışdır.

Daha sonra çıxış edən İcmanın Əlaqələndirmə şurasının sədri Orxan Əkbərov qonaqların nəzərinə çatdırmışdır ki, münaqişə nəticəsində əziyyət çəkən, 1 milyondan artıq qaçqın və məcburi köçkünü olan, Xocalı soyqırımını yaşayan bizlərik. Bütün bunlara baxmayaraq, regionda sülh yaratmağa çalışan və münaqişənin sülh yolu ilə həll olunmasına çalışan da elə bizlərik. Lakin Ermənistan hökümətinin tutduğu mövqe icmaların görüşünə və münaqişənin həll olunmasına maneə törədir.

Müşavir Dr. Kristofer Joys isə öz növbəsində qeyd etmişdir ki, münaqişənin həlli istiqamətində icmalararası görüşün təşkil olunması çox vacibdir: “Bu məsələdə aydın görünür ki, Azərbaycan icmasının görüşlərin təşkil olunması üçün iradəsi var. Bu səbəbdən icmalar arasında görüşlərin təşkili üçün biz əlimizdən gələn hər bir köməyi etməyə çalışacağıq”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında