Pakistanda “Kəşmir və Dağlıq Qarabağ: həll yolları” mövzusunda konfrans keçiriləcək

 

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva, Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov və həmin şöbənin elmi işçisi Fuad Çıraqov martın 3-5-də Pakistanda səfərdə olacaq.

SAM-dan APA-ya verilən məlumata görə, səfərin məqsədi martın 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Pakistan İslam Respublikasının İslamabad şəhərində yerləşən Sülh və Diplomatiya İnstitutunun  birgə təşkilatçılığı ilə İslamabadda “Kəşmir və Dağlıq Qarabağ: həll yolları” mövzusunda keçirilən konfransda iştirak etməkdir.

Bundan əlavə, SAM-ın

nümayəndə heyətinin “Quaid-e-Azam Universiteti Müdafiə və Strateji Araşdırmalar Mərkəzi”ndə, Preston Universitetində və İslamabad Siyasi Araşdırmalar İnstitutunda görüşləri planlaşdırılır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında