Yeni Azərbaycan Partiyası Xocalı soyqırımının 22-ci ildönümünü qeyd etmişdir

 

 

 

Fevralın 24-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Xocalı soyqırımı və beynəlxalq ədalət prinsipi” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradova tarix boyu Azərbaycan torpaqlarına göz dikmiş mənfur erməni millətçilərinin öz məqsədlərinə nail olmaq üçün insanlığa sığmayan cinayətlər törətdiklərini demişdir. 1992-ci ilin fevral ayında erməni faşistləri növbəti cinayətlərini Azərbaycanın qədim tarixə malik olan Xocalı şəhərində həyata keçirmişlər. Dinc mülkü əhalinin - qadınların, qocaların və uşaqların qətlə yetirilməsi və meyitlərin təhqir olunması ermənilərin əsl quldur simasını büruzə vermişdir. Ermənilərin Xocalıda törətdikləri qətliam sadəcə olaraq münaqişə zamanı baş vermiş kütləvi qətl hadisəsi deyildir. Bu soyqırımı düşünülmüş şəkildə həyata keçirilmişdir. İnsanları vəhşiliklə öldürüb cəsədləri tanınmaz hala salmaqla ermənilər vahimə yaratmaq istəyirdilər ki, azərbaycanlılar qorxsun və ata-baba yurdlarını qoyub qaçsınlar. Lakin Azərbaycan xalqı nəinki qorxmamış, əksinə daha da mətinləşmişdir. 1993-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra isə erməni işğalının qarşısı alınmış və beynəlxalq vasitəçilərin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin həll olunması prosesinə başlanılmışdır.

Bildirilmişdir ki, bu gün Xocalı faciəsini Ermənistanın azərbaycanlılara qarşı törətdikləri soyqırımı kimi dünya birliyində tanıdılması istiqamətində böyük iş aparılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət!” kampaniyası artıq öz bəhrəsini verməkdədir. Kampaniya çərçivəsində Avropa ölkələrində və Amerikada keçirilən tədbirlər beynəlxalq ictimaiyyətin düzgün və obyektiv məlumat almasına səbəb olmuşdur.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirmişdir ki, beynəlxalq siyasətdə alətə çevrilmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində aparılan danışıqlarda qeyri-konstruktiv mövqe tutaraq prosesi ləngitməyə çalışır. Beynəlxalq aləmdə mövcud olan ikili standartlar siyasətindən danışan Z.Əsgərov qeyd etmişdir ki, artıq Azərbaycan 22 il əvvəl olduğu kimi zəif deyildir. Bu gün Azərbaycan Prezidentinin reallaşdırdığı siyasi kurs ölkəmizin iqtisadi qüdrətini artırmış, ordumuzu gücləndirmişdir. Ermənistanda isə vəziyyət 22 il əvvəlkindən daha pisdir. Bu dövlətdəki bütün iri müəssisələr xarici sərmayəçilərə satılmışdır. Ölkədə yoxsulluq və işsizlik ən yüksək səviyyədədir ki, bu da Ermənistanın sürətlə boşalmasına gətirib çıxarmışdır.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov son vaxtlar Azərbaycan diplomatiyasının uğurlarından danışaraq nəzərə çatdırmışdır ki, bir sıra beynəlxalq təşkilatlar və dövlətlər Xocalıda baş verən faciəli hadisəni ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı kimi qiymətləndirmişlər.

Azərbaycan Prezidentinin diplomatik siyasəti nəticəsində Pakistan, Meksika, Rumıniya, Çex Respublikası, Bosniya-Herseqovina, İordaniya dövlətlərinin parlamentləri və ABŞ-ın 16 ştatının qanunverici orqanı Xocalı faciəsinin soyqırımı kimi tanınması haqqında qərar qəbul etmişlər.

Çıxış edən digər natiqlər də Ermənistanın işğalçılıq siyasətindən, Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması istiqamətində atılacaq addımlardan danışmışlar.

Tədbirdə Milli Məclisin deputatları, ziyalılar, gənclər və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında