II Qlobal Açıq Cəmiyyət Forumuna hazırlıq məqsədi ilə Afina şəhərində

 

II Ali Hazırlıq Toplantısı keçirilmişdir

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə aprelin 27-dən 30-dək Azərbaycanda keçirilməsi planlaşdırılan II Qlobal Açıq Cəmiyyət Forumuna hazırlıq məqsədi ilə Afina şəhərində

II Ali Hazırlıq Toplantısı keçirilmişdir.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, toplantıda Yunanıstanın siyasi və ictimai təşkilatlarının nümayəndələri, Albaniya, Bolqarıstan, Rumıniya, Latviya, Serbiyanın sabiq prezidentləri, Gürcüstan, Liviya, Misir, İsveçrə, Hindistan, Xorvatiyanın rəsmiləri, UNESCO, BMT, Dünya Elm və Mədəniyyət Akademiyası kimi beynəlxalq təşkilatların rəhbər şəxsləri iştirak etmişlər.

Toplantıya həmsədrlik edən Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Madrid Klubunun prezidenti Vayra Vike-Frayberqa və İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Seragəldin çıxış edərək bildirmişlər ki, dünyada qarşıdurmaların artdığı bir vaxtda dinlər, xalqlar, mədəniyyətlər arasında möhkəm körpü rolunu oynaya biləcək ideyalara çox böyük ehtiyac vardır. Belə bir məqamda 9 əsr əvvəl Azərbaycanda dünyaya gəlib yaşayan və açıq cəmiyyət dəyərlərini, insan haqlarını, qadının cəmiyyətdə rolunu, təhsilin, elmin əhəmiyyətini təbliğ edən Nizami Gəncəvi kimi şəxsiyyətin yaratdığı xəzinənin əhəmiyyəti aydın görünür. Vurğulanmışdır ki, məhz onun ideyaları əsasında yaranmış Nizami Gəncəvi Beynəlxalq Mərkəzi hazırda bu önəmli missiyanı üzərinə götürərək Şərqlə Qərbi birləşdirəcək körpü rolunu oynamaq iqtidarında olduğunu göstərir.

Avropa Parlamentinin sabiq vitse-prezidenti xanım Rodi Kratsa açılış panelinin moderatoru olmuşdur.

Toplantıda Yunanıstanın xarici işlər naziri və Avropa Şurasının Demokratikləşmə Komitəsinin sədri Dmitris Pantermalis, eləcə də mədəniyyət, turizm nazirləri, Akropolis Muzeyinin prezidenti, həmçinin UNESCO-nun xoşməramlı səfiri xanım Marianna V.Vardinoyannis çıxış etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında