“Bakı Ağ şəhər” layihəsi ilə tanışlıq

 

 

Azərbaycanda səfərdə olan Monakonun Knyazı

II Albert fevralın 19-da “Bakı Ağ şəhər” layihəsi ilə tanış olmuşdur.

Qonağa “Bakı Ağ şəhər” layihəsi haqqında ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, bu şəhərsalma layihəsi Prezident İlham Əliyevin “2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı” çərçivəsində həyata keçirilir. “Bakı Ağ şəhər”in təməl daşı 2011-ci il dekabrın 24-də Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur.

Diqqətə çatdırılmışdır ki, Bakı buxtasının mərkəzində yerləşən və 221 hektar sahəni əhatə edən, vaxtilə “Qara şəhər” kimi tanınan bu ərazidə yeni inkişaf layihəsinə uyğun olaraq ən müasir və böyük yaşayış mərkəzi yaradılacaqdır. Burada, həmçinin inzibati binalar, müxtəlif ticarət mərkəzləri tikiləcək, istirahət parkları və yeni yaşayış mərkəzini dənizlə birləşdirəcək bulvar salınacaqdır. Eyni zamanda, layihə çərçivəsində köhnəlmiş sənaye obyektlərinin şəhərin hüdudlarından kənara çıxarılması, neft və neft tullantıları ilə çirklənmiş torpaqların təmizlənməsi və abadlaşdırılması nəzərdə tutulmuşdur.

Layihənin hazırlanmasında yerli mütəxəssislərlə yanaşı, xarici şirkətlərin əməkdaşları da iştirak etmişlər. Yeni layihənin icrasına başlanılması xarici və yerli sərmayədarlar üçün də geniş imkanlar açır. İnvestisiyaların həcmindən asılı olmayaraq layihə “bir pəncərə” prinsipi ilə işləyərək, tikintinin əvvəlindən sonunadək “Bakı Ağ şəhər”in sərmayəçi və inşaatçılarına hüquqi və təşkilati dəstək göstərilməsini nəzərdə tutur.

Qeyd olunmuşdur ki, layihənin ayrı-ayrı binaları Avropa və Asiyanın beynəlxalq sərgilərində mükafatlara namizəd göstərilmişdir. Layihənin özü isə “MİPİM Asia Awards 2011” müsabiqəsinin “Mərkəzi və Qərbi Asiyada gələcəyin ən yaxşı layihəsi” nominasiyasının qalibi olmuş, habelə “Cityspace Global 2011” sərgisində “Ən yaxşı şəhərsalma layihəsi” nominasiyasında mükafat almışdır.

“Bakı Ağ şəhər” layihəsi Monako Knyazında böyük maraq doğurmuşdur.

Sonda qonağa “Azərbaycan xalçaları” kitabı hədiyyə olunmuşdur.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında