İslam Konfransı Təşkilatı Parlament İttifaqının bülleteni Milli Məclisin deputatı Gövhər Baxşəliyevanın təşkilatın yaz sessiyasındakı çıxışının xülasəsini yaymışdır

İslam Konfransı Təşkilatı (İKT) Parlament İttifaqının üç dildə nəşr olunan bülleteni Milli Məclisin deputatı Gövhər Baxşəliyevanın təşkilatın yaz sessiyasındakı çıxışının xülasəsini yaymışdır.
Xülasədə bildirilir ki, Milli Məclisin deputatı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin demoqrafik statusunun dəyişdirilməsinə yönəlmiş erməni planını aşkara çıxarmışdır.
İKT Parlament İttifaqında Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri, təşkilatın İcraiyyə Komitəsinin üzvü Gövhər Baxşəliyeva öz bəyanatında qeyd etmişdir ki, Ermənistanın həyata keçirdiyi plan "Artsaxa qayıdış" adlanır. Bu plana əsasən, Dağlıq Qarabağda ermənilərin sayının təxminən 300 minə qədər artırılması nəzərdə tutulur. Baxmayaraq ki, münaqişədən əvvəl onların sayı üç dəfə az olmuşdur.
Bəyanatda, həmçinin Azərbaycan ərazilərində erməni təcavüzünün faciəli nəticələri də əks olunmuşdur. Qeyd edilmişdir ki, təcavüz nəticəsində 20 mindən çox azərbaycanlı öldürülmüş, 50 mindən artıq insan əlil olmuş, 4 min nəfər əsir götürülmüşdür.
Gövhər Baxşəliyeva vurğulamışdır ki, erməni qoşunları Azərbaycanın bir sıra şəhər, qəsəbə və kəndlərini, qədim abidələrini, məscid və qəbiristanlıqlarını məhv etmişdir. Azərbaycan şəhəri olan Xocalı 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən tamamilə yer üzündən silinmişdir.
Bundan əlavə, bəyanatda qeyd edilmişdir ki, "ASALA" kimi qəddar erməni terror təşkilatının fəaliyyətinə və işğal olunmuş torpaqlara nəzarət yoxdur. Bu kimi hallar dünya terrorizminə işğal olunmuş Azərbaycan ərazilərindən qeyri-qanuni silah alverində, narkobiznesdə və beynəlxalq axtarışda olan şəxslərin yerdəyişməsində istifadə etməyə şərait yaradır.
Bəyanatda beynəlxalq birlik Azərbaycana qarşı erməni təcavüzünün dayandırılmasına yönəlmiş fəaliyyətə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində, sülh yolu ilə həlli istiqamətində səylərin davam etdirilməsinə çağırılır.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında