Türkiyə-Azərbaycan Dərnəyi Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımının tanınması üçün bu ölkənin deputatlarına müraciət ünvanlamışdır

 

 

Türkiyə-Azərbaycan Dərnəyi Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımının tanınması üçün qardaş ölkənin deputatlarına müraciət ünvanlamışdır.

Müraciətdə Xocalıda erməni vəhşiliyini pisləyən qanun layihəsinin qəbul olunmasının zəruriliyi öz əksini tapmışdır. Müraciətdə bildirilir ki, bir çox ölkələr və müxtəlif beynəlxalq təşkilatlar Xocalı soyqırımı ilə bağlı qərar qəbul etmişdir. Türkiyə Böyük Millət Məclisinin üzvü Sinan Oğan 2012-ci ildə Xocalıda baş verənlərin soyqırımı kimi tanınmasını nəzərdə tutan qərar layihəsinin müzakirəyə çıxarılmasını təklif etmişdir. Müraciətdə həmin qərar layihəsinin yenidən deputatların müzakirəsinə çıxarılması və dəstəklənməsi çağırışı səslənmişdir. Qərar layihəsinin müəllifi Sinan Oğan həmkarlarının Xocalı soyqırımı ilə bağlı təşəbbüsə dəstək verəcəklərinə inandığını bildirmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında