Serbiyanın milli bayramı şərəfinə

 

 

Fevralın 17-də Serbiyanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Dövlətçilik günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.

Əvvəlcə Azərbaycanın və Serbiyanın dövlət himnləri səsləndirilmişdir.

Tədbirdə çıxış edən Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç ölkəsinin keçdiyi inkişaf yolundan danışmış, siyasi, iqtisadi və digər sahələrdə böyük uğurlar əldə olunduğunu söyləmişdir.

Diplomat Azərbaycan ilə Serbiya arasında ənənəvi dostluq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluğunu bildirmiş, ölkələrimizin siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrinin inkişaf etdiyini vurğulamışdır.

Z.Vayoviç qeyd etmişdir ki, Azərbaycan ilə Serbiya arasında diplomatik əlaqələrin tarixi 1997-ci ildən başlayır. Hazırda Azərbaycan-Serbiya münasibətlərinin yüksək səviyyədə olduğunu deyən səfir hər iki ölkənin prezidentlərinin qarşılıqlı səfərlərinin bu əlaqələrin inkişafına şərait yaratdığını diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, indiyədək ölkələrimiz arasında 20-dən artıq sənəd imzalanmışdır. Azərbaycan və Serbiya demokratiya, bazar iqtisadiyyatı, insan haqları və qanunun aliliyi ilə bağlı təməl dəyərlərə və prinsiplərə sadiqdir.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev əlamətdar gün münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin təbriklərini və ən xoş arzularını çatdırmışdır.

Azərbaycan-Serbiya münasibətlərinin inkişaf etdiyini deyən nazir vurğulamışdır ki, bu əməkdaşlıq strateji tərəfdaşlıq və dostluq münasibətlərinə əsaslanır. Bildirilmişdir ki, siyasi və iqtisadi münasibətlərin yüksələn xətlə inkişaf etməsi hər iki ölkənin dövlət başçılarının bu tərəfdaşlığa verdiyi önəmdən irəli gəlir. Ölkə rəsmilərinin qarşılıqlı səfərləri çərçivəsində keçirilən görüşlər, səmərəli müzakirələr, eləcə də əldə edilən razılaşmalar iki dövlət arasında ticari-iqtisadi əlaqələrin genişlənməsinə, yeni əməkdaşlıq imkanlarının yaranmasına və qarşıya qoyulan məqsədlərin həyata keçirilməsinə töhfə verir.

Diqqətə çatdırmışdır ki, Azərbaycan ilə Serbiya arasında ənənəvi dostluğa və əməkdaşlığa söykənən münasibətlər bundan sonra da ikitərəfli əlaqələrin inkişafına və möhkəmlənməsinə təkan verəcək, xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlərinin və ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri qəbulda “Space” Teleradio Şirkətinin rəhbəri, Əməkdar İncəsənət Xadimi Vaqif Mustafayevə üçüncü dərəcəli “Serbiyanın Bayrağı” ordeni təqdim edilmişdir.

Xatırladaq ki, Vaqif Mustafayev Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin 2013-cü il 2 sentyabr tarixli Fərmanı ilə Serbiya ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığın və dostluq münasibətlərin inkişafına verdiyi töhfələrə görə bu ordenlə təltif edilmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında