Avropa Birliyi Azərbaycanla imzalanacaq readmissiya haqqında sazişin mətnini dərc etmişdir

 

Avropa Birliyinin daxili işlər üzrə Şurası Azərbaycanla readmissiya haqqında sazişin imzalanmasına qərar vermişdir.

APA-nın xəbərinə görə, imzalanması planlaşdırılan sazişin mətni AB-nin saytında dərc edilmişdir.

Sənədə əsasən Azərbaycan tərəfi Avropa Birliyi ölkələrinə qanunsuz gedən və bu ölkələrdə qanunsuz yaşayan ölkə vətəndaşlarını geri qaytarmaq barədə üzərinə öhdəlik götürür. Bundan başqa, Azərbaycan tərəfindən verilən yaşayış icazəsi və ya vizaya malik olan, eləcə də Azərbaycan ərazisi vasitəsilə AB ərazisinə daxil olan üçüncü ölkələrin vətəndaşlarının, vətəndaşlığı olmayan şəxslərin readmissiyası haqda da rəsmi Bakının üzərinə öhdəlik qoyulur.

Öhdəliklər qarşılıqlıdır və AB tərəfi də analoji şərtlərdə bu sazişi imzalayacaq.

Tərəflər ölkədə qanunsuz yaşayan və ya readmissiyanın təsirinə düşən şəxslərin 5 iş günündən gec olmayaraq pul almadan geri qaytarılması üçün müvafiq sənədlər təqdim etməlidir. Üzv dövlətlər və Azərbaycan üçüncü ölkələrin vətəndaşları və ya vətəndaşlığı olmayan şəxslərin bilavasitə təyinat ölkəsinə qaytarılması mümkün olmadığı təqdirdə onların tranzitini məhdudlaşdırmalıdır.

Saziş readmissiya üzrə birgə komissiyanın yaradılmasını  nəzərdə tutur.

Xatırladaq ki, Azərbaycan və AB ötən ilin noyabrında viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalamışlar. Bu sənəd readmissiya sazişinin imzalanmasından sonra qüvvəyə minəcək. Readmissiya sazişinə Böyük Britaniya, İrlandiya, Şimal İrlandiya və Danimarka qoşulmayacaq.

AB-nin Avropa qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Ştefan Füle AB Şurasının qərarını şərh edərkən bildirmişdir  ki, artıq AB Azərbaycanla readmissiya haqqında sazişi imzalamağa hazırdır: “Bu, vətəndaşlar üçün viza rejiminin sadələşdirilməsi və asanlaşdırılması üçün vacibdir”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında