Brüsseldə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji, nəqliyyat və ətraf mühit məsələləri müzakirə olunmuşdur

Azərbaycan Respublikası energetika nazirinin müavini Natiq Abbasov Brüsseldə Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə Alt Komitənin 9-cu iclasında iştirak etmişdir.

Nazirlikdən AzərTAc-a bildirmişlər ki, Aİ ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun icrası üzrə 4-cü iclas da keçirilmişdir. İclasda enerji məsələləri üzrə Memorandumun icrası, o cümlədən enerji islahatları ilə bağlı sektora yardım proqramı müzakirə edilmişdir.

 Həmçinin iclas çərçivəsində enerji sahəsində prioritetlər, qanunvericiliklə bağlı əsas dəyişikliklər, bərpa olunan enerji mənbələri və enerjidən səmərəli istifadənin inkişafı üçün hüquqi baza, Azərbaycanın üçüncü ölkələrlə enerji münasibətlərinin vəziyyəti, 2030-cu ilədək Aİ-nin enerji meylləri, ölkəmizin neft-qaz hasilatının proqnozları, “Cənub” Qaz Dəhlizi, Trans-Xəzər boru kəməri, Balkan ölkələrinin bağlantı planları, layihələr və digər məsələlər müzakirə olunmuşdur.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında