Britaniya səfiri: “Dağlıq Qarabağ münaqişəsi, təbii ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”

 

 

 

“Birləşmiş Krallıq Qarabağ münaqişəsinin sülh yolu ilə tez bir zamanda həll olunmasını dəstəkləyir”.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Sıddık Gəncəyə səfəri çərçivəsində jurnalistlərlə görüşündə demişdir. O, bildirmişdir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, təbii ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır: “Bu münaqişə uzun müddətdir çözülmür və münaqişə tərəflərinə əziyyət verir. Ona görə də qısa bir zamanda məsələ həll olunmalıdır. Biz hazırda iki ölkənin həm prezidentləri, həm də xarici işlər nazirləri arasında keçirilən görüşləri dəstəkləyirik. Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı bir tərəf kimi hər hansı bir məsələdə dəstək verməyə hazırıq”.

Görüşdə diplomata regionda mətbuatın vəziyyəti barədə məlumat verilmişdir. Səfir gələcəkdə həyata keçiriləcək layihələrə regiondan olan jurnalistlərin də cəlb ediləcəyini söyləmişdir. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında