Böyük Britaniya Azərbaycanla Avropa Birliyi arasında imzalanacaq readmissiya haqqında sazişə qoşulmayacaq

 

Böyük Britaniya hökuməti Azərbaycanla Avropa Birliyi arasında imzalanacaq readmissiya haqqında sazişə qoşulmaq fikrində deyil.  APA-nın xəbərinə görə, bu barədə Britaniyanın miqrasiya işləri üzrə naziri Mark Harper açıqlama verib.

 O bildirib ki, Azərbaycandan Böyük Britaniyaya qeyri-leqal miqrasiya çox azdır, ona görə də onların geri qaytarılması problemi ortaya çıxmır: “Ola bilər ki, gələcəkdə vəziyyət dəyişsə, Birləşmiş Krallıq bu sazişə qoşulsun”.

 Xatırladaq ki, ötən ilin sonlarında Azərbaycan və AB arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalanıb. Bu il isə readmissiya haqqında sazişin imzalanması planlaşdırılır. Bu sənəd AB ölkələrindəki azərbaycanlı qeyri-leqal miqrantların ölkəyə qaytarılmasını tənzimləyəcək.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında