Fransa XİN-in arxivində ermənilərin xalqımıza qarşı törətdiyi qətliamlara dair mühüm sənəd aşkar olunmuşdur

 

 

Fransa Xarici İşlər Nazirliyinin arxivində ermənilərin xalqımıza qarşı törətdiyi tarixi cinayətləri sübuta yetirən sənəd aşkar edilmişdir.

“Trend”in Azərbaycanın Los Anceles şəhərindəki baş konsulluğunun Facebook səhifəsinə istinadən verdiyi məlumata görə, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi qətliamları və tarixi cinayətləri sübuta yetirən bu sənəd Fransanın vaxtilə Tbilisidə fəaliyyət göstərən Qafqaz üzrə ali komissarı (səfiri) Damien de Martel tərəfindən Fransanın Xarici İşlər Nazirliyinə (XİN) göndərilmiş və hazırda Fransa XİN-in arxivində saxlanılan məktubudur.

Məktubda ali komissar Ermənistanda, paytaxt Yerevan ətrafında yaşayan qadın və uşaqlar da daxil olmaqla, 4 000 azərbaycanlının 1920-ci ilin iyun ayında erməni ordusu tərəfindən kütləvi qırğına məruz qaldığı göstərilir.

Sözügedən bu tarixi sənəddən çıxarışda deyilir: “...Bu hərbi əməliyyatlara gəldikdə isə  Ermənistandan yenicə qayıtmış şahidlərdən əməliyyatların necə aparıldığına dair bir sıra məlumatlar əldə etmişəm. İyun ayının axırlarında İrəvanın cənubunda erməni qoşunları 40  mindən çox müsəlmanın [azərbaycanlının] məskunlaşdığı 25 tatar [azərbaycanlı] kəndini mühasirəyə almışlar. Paytaxta yaxın ərazidə yaşayan və hər hansı müstəqillik iddiasında olmayan buradakı əhali həmişə sakit və sülhpərvər həyat tərzi sürmüşdür. Onları top atəşləri ilə yaşadıqları kəndlərdən qovaraq Araz çayına tökmüşlər. Boşalan kəndləri isə qısa zamanda gəlmə ermənilər işğal etmişlər. Bu hadisə zamanı erməni əsgərlər tərəfindən qadın və uşaqlar da daxil olmaqla 4  min  nəfər Araz çayına tökülərək öldürülmüşdür”.

Bu sənədi maraqlı edən birinci amil ondan ibarətdir ki, həmin dövrdə ermənilər fransızları köməyə çağıraraq, onları bolşeviklərdən qorumağa və hətta Türkiyədəki “tarixi erməni torpaqlarını” işğal etməyə səsləyirdilər. Sözügedən sənəddən göründüyü kimi, Fransanın Qafqaz üzrə ali komissarı erməni yalanlarını ifşa edir və azərbaycanlılara qarşı törədilmiş qətliamları təsdiqləyir. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında